TOP 10

“Zirə”nin ən böyük darmadağını - Azərbaycan Kubokunda

Futbol
Tarix: 2019-12-05 15:00

Azərbaycan Kubokunun 2019/20 mövsümünə 1/8 final mərhələsindən başlayan “Zirə” “Qaradağ-Lökbatan”la ev oyununda 4:0 hesabı ilə qalib gəlib. Sport24.az xəbər verir ki, bu, “qartallar”ın cari mövsümdə ilk böyükhesablı qələbəsidir.

 

Komanda bunadək sonuncu dəfə 3 və ya daha çox top fərqi ilə 2019-cu il mayın 11-də qalib gəlib. Həmin gün “Sabah”la Premyer Liqadakı səfər görüşündə "Zirə" üç cavabsız qola sevinib.

 

Ümumilikdə isə “Qaradağ-Lökbatan”la matçdakı nəticə “Zirə”nin tarixində 14-cü böyükhesablı qələbədi. 8-ci dəfə evdə belə qalibiyyət əldə edən komanda 6 dəfə rəqib meydanlarında uğur qazanıb.

 

Premyer Liqa və I Divizionun hərəsində 6 böyükhesablı qələbəsi olan “Zirə” Azərbaycan kubokunda ikinci dəfə belə nəticəyə imza atıb. İlk belə hadisə 2017/18 mövsümünün 1/8 finalında “Xəzər”lə görüşə təsadüf edib. 2017-ci il noyabrın 29-dakı matçda “qartallar” üç cavabsız qola sevinib.


Bu dəfə qonaqların qapısından daha çox – 4 top keçirən “Zirə” Azərbaycan Kubokunda özünün ən böyükhesablı qələbəsinə imza atıb. Ümumiyyətlə isə komandanın 14 belə uğurundan ikisi 6, biri 5, üçü 4, səkkizi 3 top fərqi ilə olub.

 

Qeyd edək ki, klub tarixinin ən böyükhesablı qələbələri 2014/15 mövsümündə qeydə alınıb. Birinci divizionda çıxış edən “Zirə” “Energetik”i evdə, “Göyəzən”i səfərdə 6 cavabsız qolla yenib.
 

CBCsport
03 Avqust 2020
02 Avqust 2020
01 Avqust 2020
B.eÇ.aÇC.aCŞB