TOP 10

"Fənərbaxça"nın futbolçusu: "Azərbaycanda oynayacağımız matçlarda ev sahibi kimi olacağıq"

Futbol
Tarix: 2019-12-05 14:18

"Avropa çempionatında çıxış edəcək millinin heyətində olmaq istəyirəm. İnşallah, baş məşqçi Şenol Günəş mənə o şansı verərsə, bunu çox istəyirəm. Final mərhələsində çıxış etmək hamımızın hədəfi, hamımızın xəyalıdı". Sport24.az xəbər verir ki, bu fikirləri Türkiyə millisinin futbolçusu Dəniz Türüç bildirib.

 

"Fənərbaxça"nın 26 yaşlı yarımmüdafiəçisi AVRO-2020-də düşdükləri qrupu dəyərləndirərkən, oyunlarının ikisini Bakıda keçirəcəklərinin onlara üstünlük verəcəyini deyib: "Çox çətin bir qrupa düşmüşük. Lakin mümkünsüz bir şey yoxdu. Azərbaycanda oynayacağımız matçlarda ev sahibi kimi olacağıq. İtaliya ilə açılış oyununa yaxşı başlasaq, qrupdan çıxmaq şanslarımızı yüksək qiymətləndirirəm. Minimum hədəf qrupda 2 yerdən birini tutmaq, daha sonra gedə biləcəyimiz qədər irəli getməkdi".

 

Xatırladaq ki, Türkiyə millisi qrupda ilk oyununu iyunun 12-də Romada İtaliyayla keçirəcək, iyunun 17-də Uels, 21-də isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.

CBCsport
24 Yanvar 2020
23 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB