TOP 10

Millimizin rəsmi oyunlarında VAR sistemindən istifadə olunacaq

Futbol
Tarix: 2019-12-05 10:59

2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində VAR sistemi tətbiq olunacaq. Sport24.az xəbər verir ki, bu barədə UEFA İcraiyyə Komitəsi qərar qəbul edib.

 

FIFA-nın da təsdiqləməsindən sonra yekun qərar çıxarılacaq. Bu isə o deməkdir ki, yeni sistem ilk dəfə Azərbaycan millisinin rəsmi oyunlarında da tətbiq olunavaq.

 

VAR-dan ilk dəfə AVRO-2020-nin pley-off matçlarında da istifadə olunacaq. Bu, martın 26-da yarımfinal, martın 31-də isə final qarşılaşmasında olacaq. Əvvəllər bu sistem böyük turnirlərin seçmə mərhələlərində tətbiq edilməyib.

 

Xatırladaq ki, VAR-ın sınaqdan çıxarılmasına dair qərar 2016-cı ildə verilib. Hazırda bu sistemdən Avropada Türkiyə, Rusiya, İngiltərə, İtaliya, Almaniya, İspaniya, Fransa çempionatlarında, eləcə də Çempionlar Liqasında istifadə olunur. 2017-ci il Konfederasiyalar Kubokunda və 2018-ci il dünya çempionatında da VAR-dan yararlanıblar.

 

 

CBCsport
24 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB