TOP 10

"Keşlə"də dərdli mövqe - legioneri ili vaxtından əvvəl başa vurmalı oldu

Futbol
Tarix: 2019-12-03 21:00

“Keşlə”nin futbolçusu Miyusko Boyoviç ili erkən başa vurub. Sport24.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Tərlan Əhmədov bildirib.

 

Onun sözlərinə görə, 31 yaşlı monteneqro mərkəz müdafiəçisi Premyer Liqanın XIII turunda “Sumqayıt”ı evdə 2:1 hesabı ilə məğlub etdikləri oyunda xəsarət ciddi olub.

 

Belə ki, ağır zədə Miyuşkoya bu il bir daha meydana çıxmağa imkan verməyəcək: "O, bu ili vaxtından əvvəl başa vurmalı oldu. Yalnız qış fasiləsindən sonra oynaya biləcək. Digər mərkəz müdafiəçimiz Franko Flores isə ilk 1/4 final matçında cəzalı duruma düşdü. Kimi həmin mövqedə oynatmaqla bağlı bir az sual ortaya çıxır. Hazırda mərkəz müdafiəçisi mövqeyi ilə bağlı çətin vəziyyətə düşmüşük".

 

"Sumqayıt"ıa matçın 16-cı dəqiqəsində qol vurduqdan sonra zədələnən Boyoviç fasilədən sonra yerini Rəşad Sadiqova verib.

 

Qeyd edək ki, “Keşlə” dekabrın 6-da Premyer Liqanın XIV turu çərçivəsində “Qarabağ”la qarşılaşacaq. Komanda həmçinin dekabrın 15-16-da və 19-20-da Ağdam təmsilçisi ilə Azərbaycan Kubokunun ilk və cavab oyunlarına çıxacaq. 

CBCsport
23 Yanvar 2020
22 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB