TOP 10

Beqoviçin etirafı: “Qarabağ”da qalmaq istərdim”

Futbol
Tarix: 2019-12-02 22:48

"Çətin oyun oldu. Sona qədər vuruşduq. Bir az bəxtimiz gətirmədi. Daha çox qol vurub, rahat qələbə qazana bilərdik. İstənilən halda çox vacib 3 xal əldə etdik". Sport24.az xəbər verir ki, bunu "Qarabağ"ın qapıçısı Asmir Beqoviç Premyer Liqanın XIII turunda səfərdə "Sabah"ı 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra söyləyib.

 

32 yaşlı qapıçının sözlərinə görə, "Sabah" yaxşı təşkilatlanmış komandadır: "Avropa Liqası və Azərbaycan Premyer Liqası fərqli çağırışlardır. Hər oyuna köklənməliyik".

Müqavilə ilə İngiltərənin "Bornmut" kluna məxsus olan, "Qarabağ"da 6 aylıq icarə əsasında çıxış edən Bosniya və Herseqovinadan olan qolkiper Azərbaycanda qalmaq istədiyini bildirib: "İcarə müqaviləmin müddəti yanvarın 1-ə qədərdir. Ona görə də İngiltərəyə qayıtmalıyam. Təbii ki, "Qarabağ"da qalmaq istərdim. Amma hər şey mənim istəyimdən asılı deyil. Bu, iki klub arasında olan məsələdir".

 

 

CBCsport
11 Dekabr 2019
10 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB