TOP 10

Qurban Qurbanov "Sabah"da yeni baş məşqçiylə fərqli oyun üslubu görüb: “Çox yadımıza salsanız, üzərimizdən ata bilməyəcəyik"

Futbol
Tarix: 2019-12-02 22:08

“Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə oldu”. Sport24.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.


Azərbaycan Premyer Liqasının XIII turunda “Sabah”ın qonağı olan Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanıb.


Oyunsonrası mətbuat konfransında Qurbanovun qələbə şərhi belə olub: “İstədiyimiz kimi oyun göstərmək mümkün deyildi. Oyunçular çox əziyyət çəkdilər. Rəqibin də yeni baş məşqçisinə uğurlar arzulayıram”.


- Rəqibdə hansısa dəyişiklik hiss etdinizmi?
- Bəli, fərqli oyun üslubu var idi. Məncə, bunu qarşıdakı oyunlarda daha aşkar görəcəyik. Onların yeni sistemdə tam oyunlarını göstərməyə vaxt lazımdı.


- Avrokubok matçından sonra komanda gərginliyi üzərindən ata bilibmi?
- Çox yadımıza salsanız, üzərimizdən ata bilməyəcəyik. Psixoloji gərginlik var, bunu hiss edirəm. Hər halda, qarşıdakı oyunlara baxmalıyıq.

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
11 Dekabr 2019
10 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB