TOP 10

Rüfət Dadaşov baş məşqçisiz qaldı

Dünya Futbolu
Tarix: 2019-12-02 16:16

Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Proyssen” klubunda baş məşqçi istefası baş verib. Sport24.az “sport.de”yə istinadən xəbər verir ki, 3-cü Bundesliqada çıxış edən klub, baş məşqçisi Sven Hübşerlə yollarını ayırıb. 


Məsələylə bağlı açqılama verən baş direktor Malte Metselder, Hübşerlə yanaşı, köməkçisi Tobias Helviqin də istefaya göndərildiyini bildirib.


“Proyssen” müvəqqəti olaraq U-19 komandasının baş məşqçisi Arne Barezə tapşırılıb.


17 oyundan sonra 13 xal toplayan komanda, turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

CBCsport
11 Dekabr 2019
10 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB