TOP 10

İsveçrə millisi qrup mərhələsində Bakıda düşərgə salacaq: "Bu şəhərdə məşq meydançaları, bazalar, otellər, restoranlar yüksək səviyyədədi"

Futbol
Tarix: 2019-12-02 13:14

İsveçrə millisi AVRO-2020-nin qrup mərhələsi zamanı Azərbaycanda məskunlaşacaq. Sport24.az xəbər verir ki, bu, final mərhələsində qrup mübarizəsini Roma və Bakıda keçirəcək A qrupunda yer alan komandanın baş məşqçisi Vladimir Petkoviçin istəyidi.

 

Belə ki, bosniyalı mütəxəssis ölkəmizdə düşərgə salmağın tərəfdarıdır: “Şübhəsiz ki, Bakıya uzaq səfər futbolçular üçün ağır yük olacaq. Buna görə də qrupun iki oyununu keçirəcəyimiz şəhərdə düşərgə qurmaq planından imtina etməyəcəyik”.

 

Petkoviçin sözlərinə görə, artıq bu gün İsveçrə Futbol Federasiyasının nümayəndə heyəti Bakıya gələcək. Heyətdə yığmanın menecerləri və təhlükəsizlik xidmətinin əməkdaşları da yer alacaq. Onlar infrastrukturla tanış olacaq, komandanın harada qalmasını dəqiqləşdirəcək.

 

Petkoviç Bakı haqda eşitdiklərindən də məmnundu: “Biz də eşitmişik ki, bu şəhərdə məşq meydançaları, bazalar, otellər, restoranlar yüksək səviyyədədir”.

 

Bakıda iki oyun keçirəcək İsveçrə yığması iyunun 13-də Uels, 21-də Türkiyə ilə qarşılaşacaq.

CBCsport
11 Dekabr 2019
10 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB