TOP 10

Elmar Baxşıyev ona tanış olan legioneri yenidən baxışdan keçirir: "Tələsik qərar vermək istəmirik"

Futbol
Tarix: 2019-12-02 15:00

"Qəbələ"nin düşərgəsində yeni legioner yer alıb. Sport24.az xəbər verir ki, komanda toqolu futbolçu Yaovi Akakponu yenidən baxışa çağırıb. 

 

Bu gənc futbolçu hələ baş məşqçi Sənan Qurbanov olanda Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında MOİK və Küveytin “Əl Salmiyə” klubu ilə yoxlama matçlarında sınanmışdı. Qurbanovu baş məşqçi postunda əvəzləyən köməkçisi Elmar Baxşıyev də Yaovini baxşda keçirməyi lazım bilib. Gənc mütəxəssis bu legionerlə bağlı tələsik qərar vermək fikrində olmadıqlarını söyləyib: "Çox gənc futbolçudu, 19 yaşı var. İlk dəfə sınandığı zamanı da yaxşı tasir bağışlamışdı. Sadəcə, onda viza problemlərimə görə saxlaya bilmədik. Sonradan dəvət göndərdik və yenidən düşərgəmizdədi. Tələsmək, tələsik qərar vermək istəmirik. Yaovini qış fasiləsində, ondan sonra da yoxlaya bilərik. O, cinah yarımmüdafiəçisidi ki, bizə bu mövqeyə futbolçu lazımdı. Akopiylə ilk dəfə gəlmiş digər afrikalı legioner mərkəz yarımmüdafiəçisi idi. Bizdə isə bu mövqedə yetərincə futbolçu olduğundan, ona yenidən müraciət etmədik"

 

Xatrladaq ki, Baxşıyevin nəzərdə tutduğu qanalı Maykl Boakyedi. 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
11 Dekabr 2019
10 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB