TOP 10

Ramin Musayev AFFA-nın "Qəbələ"nin tarixin yaddaşına köçməsinə imkan verməyəcəyini bəyan etdi: "Rövnəq Abdullayev bu məsələyə çox diqqətlə yanaşır"

Futbol
Tarix: 2019-12-02 12:21

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Premyer Liqamızda qış fasiləsinə bir tur qalmış cari mövsümün ilk yarısını dəyərləndirib. Sport24.az xəbər verir ki, qurum başçısı yetərincə gərgin matçları, çoxlu maraqlı qarşılaşmanı izlədiklərini söyəyib: "Prinsipcə, ilk yarıda gözlədiyimizi gördük. Bəli, Premyer Liqada komanda sayı azdı. Ancaq tez-tez kompromissiz matçların şahidi oluruq. Mövsümün ikinci yarısından gözləntimə gəlincə, fikrimcə, komandalar güclənəcək. Bu, ilk növbədə avrokuboklara düşmək uğrunda yarışanlara aiddi. Məhz bu komandalar güclənməlidi. Onda yeni futbolçulara adaptasiya üçün vaxt olacaq və artıq yayda komplektləşdirilmiş, döyüşkən, bizi Avropa arenasında sevindirə bilən kollektiv görəcəyik. Biz özümüz inkişaf etməliyik, üzərində çalışmalı olduğumuz şeylər var. Təəssüf ki, yerli futbolçular üzərlərində az çalışırlar".

 

Musayev yeni sponsor axtarışında olan "Qəbələ"nin gələcək taleyi haqda da danışıb: "Bizə rəsmi heç bir müraciət etməyib. Etiraf edirəm ki, Football24.az-da bu haqda yazılandan artıq xəbərdarıq. "Qəbələ" əla infrastrukturu, ən yaxşı futbol akademiyası var. İndi orda uşaqlar futbolla məşğul olurlar ki, gələcəkdə onlar milli komandanın formasını geyəcəklər. "Qəbələ"nin 15-17 yaşlı futbolçuları öz oyunları ilə sübut edirlər ki, klubda keyfiyyətli iş görülüb. Sponsor həqiqətən klubdan imtina edərsə, onda AFFA "Qəbələ"nin tarixin yaddaşına köçməsinə imkan verməyəcək. AFFA prezidenti Rövnəq Abdullayev bu məsələyə çox diqqətlə yanaşır. O, əvvəl də analoji vəziyyətlə üzləşərək klublara dəstəyini nümayiş etdirib. Lazım olanda, "Qəbələ"yə də belə dəstək göstəriləcək".

 

Xatırladaq ki, "Qəbələ"nin uzun illərdi əsas himayədarı olan "Gilan Holding" növbəti ilin yanvarından kluba sponsorluğu dayandıracaq (Football24.az).

 

 

CBCsport
11 Dekabr 2019
10 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB