TOP 10

Rayan Giqqz onlar üçün Bakıdan daha yaxşı seçim ola bilmədiyini sayır: "Azərbaycan bizi ikinci ölkəmiz kimi qəbul edə bilər"

Futbol
Tarix: 2019-12-02 11:19

"Bu yaxında Bakıda oynamışıq və qalib gələrək, yaxşı təcrübə əldə etmişik. Yerli şərait və isti havalardan asılı olmayaraq, bu şəhərdə qalacağıq. Bu səbəbdən, daha yaxşı seçim ola bilməzdi". Sport24.az xəbər verir ki, buunu Uels millisinin baş məşqçisi Rayan Giqqz AVRO-2020-nin püşkünün nəticəsi barədə danışarkən deyib.

 

Noyabrın 16-da Azərbaycan yığması ilə seçmə mərhələ oyununda üz-üzə gəldiklərini xatırladan uelsli mütəxəssis Avropa çempionatında da İsveçrə və Türkiyə ilə ilk iki oyunu Bakıda keçirəcəklərinə diqqət çəkib: "Burda oyunlar keçirəcək və idman obyektləri ilə tanış olacağıq. Bakıda olduğumuz vaxt həmin obyektlərin gözəlliyinin şahidi olduq. Bu iki matçla Azərbaycan bizi ikinci ölkəmiz kimi qəbul edə bilər".

 

Qeyd edək ki, Uels yığması İsveçrə ilə iyunun 13-də, Türkiyə ilə isə iyunun 17-də Bakı Olimpiya Stadionunda üz-üzə gələcək. İtaliya ilə qarşılaşma isə iyunun 21-də "Olimpiko" stadionunda olacaq. 

CBCsport
11 Dekabr 2019
10 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB