TOP 10

AFFA "Zirə"nin cəriməsini ləğv etdi, Sezar Meza Kollinin cəzasını azaltdı

Futbol
Tarix: 2019-12-02 10:56

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının qərarları açıqlanıb. Sport24.az xəbər verir ki, "Zirə" və "Keşlə"  tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib.

 

AFFA-nın İntizam Komitəsinin 5 noyabr 2019-cu il tarixli qərarı ilə 3 noyabr 2019-cu il, 2019/20 mövsümündə XXVIII Premyer Liqasının X turunun “Zirə” – “Sumqayıt” matçında meydan sahibləri oyunun AFFA nümayəndəsini və hakim-inspektorunu tələb olunan yerlə təmin etmədiyinə görə klubun 800 manat cərimə olunması qərarı qüvvədə saxlanılıb. Görüşün ikinci hissəsi “Zirə” üzündən 2 dəqiqə gec başladığına görə klubun 2400 manat cərimə olunması qərarı ləğv edilib.

 

AFFA-nın İntizam Komitəsinin 26 noyabr 2019-cu il tarixli qərarı ilə 24 noyabr 2019-cu il, 2019/20 mövsümündə, XXVIII Premyer Liqanın XII turunun “Zirə” – “Keşlə” matçının 60-cı dəqiqəsində qonalqarın legioneri Sezar Meza Kollinin aqressiv davranışa görə cəzalandırıldığı oyun sayı birə endirilməklə qalan iki oyunda cəzadan şərti olaraq azad edilsin. Beləliklə, Sezar cəzasını bu turda başa vuraraq artıq növbəti turda "Qarabağ"a qarşı çıxış edə biləcək. 

 

Transfer pəncərəsi dövrü istisna olmaqla mövsümün növbəti üç ayı ərzində futbolçu qırmızı vərəqə ilə nəticələnəcək eyni əməllərə təkrar yol verəcəyi halda cəzadan şərti olaraq azad etmə ləğv edilsin, indiki cəzanın çəkilməmiş iki oyunluq kənarlaşdırılma hissəsi yeni qərar üzrə təyin olunmuş cəzanın üzərinə əlavə olunsun.

 

CBCsport
11 Dekabr 2019
10 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB