TOP 10

Cavid Hüseynov Qəbələnin ağır havasından və onları aldadan qələbədən söz açdı: "Hamımız istəkli deyildik, meydanda yeriyirdik, ola bilər ki, bizə ağır sillə olsun"

Futbol
Tarix: 2019-12-02 10:41

Qəbələdəki matda yenə Cavid Hüseynov meydana komandasını kapitan kimi çıxardı. Ancaq bu dəfə "Qəbələ" yox, "Zirə"ni. Bu yay keçdiyi "qartallar"ın heyətində Qəbələdəki ilk görüş Cavid başda olmaq bütün komanda üçün çox uğursuz alındı. Hər şeyi nəticə göstərir - 0:3 hesablı məğlubiyyət. 31 yaşlı Hüseynov görüşdən sonra Sport24.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.

 

- Niyə belə nəticə oldu?

- Ötən turda "Keşlə" üzərində inamlı qələbə bizi aldatdı. Hansısa bir futbolçunun zəif oynadığına görə uduzduğumuzu demək olmaz. Başda mən olmaqla hamımız meydanda istəkli görünmürdük. 

 

- Bəlkə eyforiyada idiniz? Baş məşqçiniz Zaur Həşimov matçdan sonra mətbuat konfransında komandanın eyforiyada olduğunu əsas səbəb kimi göstərdi...

- Yox, eyforiya söhbəti deyildi. Sözün düzü, Qəbələnin havası da ağırdı, oynamaq çətindi. 

 

- Ancaq "Qəbələ"də bəzi futbolçular var ki, buna öyrəşmisiniz - sən, Elvin Camalov, Telllur Mütəllimov...

- Burdan getdiyimiz artıq xeyli müddətdi. Ancaq hava da bəhanə deyil. Sadəcə, qapıçıdan tutmuş hamı meydanda yeriyirdi. 

 

- Sənə doğma olan, uzun müddət kapitanlıq sarğısını daşıdığın "Qəbələ"yə qarşı Qəbələdə çıxış etmək necə bir hissdi?

- Oyundan əvvəl bura məşqə gəldik və sözün düzü, ilk dəfə rəqib paltardəyişmə otağını onda gördüm. Bu, elə bir hissdir ki, sözlə onu başa salmaq olmur. 

 

- Bir plakat vardı ki, o, səni necə motivasiya edirdi?

- Bu, ötən tur "Keşlə"ylə Zirədəki matçda da vardı. Azarkeşlərimizə mənə dəstəklərinə görə təşəkkürümü bildirirəm. Onların kapitanına olan diqqətin göstəricisidi. 

 

- Oyunda bir epizod oldu ki, künc zərbəsindən sonra top aşkar əlinə dəydi. Milli komandanın futbolçusu voleybol oynadığına görə qınanıldı. Penalti verilməyən həmin epizodu necə şərh edərdin?

- Voleybol oynamağı da bacarmaq lazımdı (gülür) Təbii ki, bu, bir zarafatdı. İlk dəfə belə epizodla üzləşdim. Diqəqtlə baxanda, görünür ki, top bədənimdən əllə dəyir. Yeni qaydalara görə isə bu, 11 metrlik cərimə zərbə deyil. Normal qarşılayıram. 

 

- Belə bir inamlı qələbə qazanan, şəraiti olan sponsorsuz qalıb. "Qəbələ"nin gələcəyini necə düşünürsən?

- İnşallah, bu vəziyyətdən çıxarlar. Sürətli komandadı. Əvvəlcədən də bunu bilirdik, baş məşqçimiz tərəfindən də xəbərdarlıq olunmuşdu ki, "Qəbələ" yaxşı komandadı. Sadəcə, bəzi nüanslar var ki, onlar da bizim kimi qeyri-stabil çıxış edir. 

 

- Bu məğlubiyyət sizin üçün ağır sillə olmayacaq? Toparlana biləcəksiniz?

- Ola bilər ki, belə olsun. Ancaq çalışacağıq ki, toparlanaq. 

 

 

 

 

MEHMAN SÜLEYMANOV, Bakı-Qəbələ-Bakı

 

 

 

CBCsport
11 Dekabr 2019
10 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB