TOP 10

"Səbail"in legioneri komandadakı problemlər haqda danışmaq istəmədi: "Qorxulu heç nə yoxdu"

Futbol
Tarix: 2019-12-02 09:41

"Hamı düşdüyümüz vəziyyəti yaxşı dərk edir. Buna görə də meydana çıxıb mübarizə aparır, xal qazanmaq üçün əlimizdən gələni edirik. "Bugünkü oyun da necə mübarizə apardığımızı göstərdi". Sport24.az xəbər verir ki, bu sözləri  "Səbail"in ukraynalı qapıçısı Aleksandr Rıbka Azərbaycan Premyer Liqasının XII turunda "Neftçi" ilə qolsuz bərabərə qaldıqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

 

Onun fikrincə, komandası hər bir matçda bütün gücünü ortaya qoyur: "Bütün futbolçular vəziyyətin yaxşı olmadığını bilir və buna görə narahatdır. Hamı məşqdə əlindən gələni edir. Nəyisə dəyişməliyik. Bütün komanda hazırkı durumdan çıxmaq üçün bacardığını edir. Komandada problemlər haqda danışmaq istəmirəm. Bu qarşılaşmada mübarizə apardıq və vacib xal qazandıq".

 

Rıbka matçın sonlarında Ağabala Ramazanovun penaltini qaçırmasına da münasibət bildirib: "Futbolda belə hallar olur. Hərdən penaltidən qol vurmaq alınır, hərdən alınmır. Qorxulu heç nə yoxdu. Düşünürəm ki, bu vıziyyətdən birlikdə çıxacağıq".

 

 

CBCsport
11 Dekabr 2019
10 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB