TOP 10

Hacıyev "Səbail"i "Qalatasaray"la müqayisə etdi, istefa verməsi şərtini açıqladı: "Kimsə nə mənim, nə də Qurban Qurbanovun adına ləkə gətirə bilər"

Futbol
Tarix: 2019-12-01 17:41

"Bizi çətin oyun gözlədiyini bilirdik. Heyətimizdə də itkilər vardı. Buna baxmayaraq, meydanda istədiyim "Səbail"i gördüm". Sport24.az xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın XIII turunda evdə "Neftçi" ilə qolsuz bərabərlikdən sonra söyləyib.

 

38 yaşlı mütəxəssis bildirib ki, ilk hissədə 2 real qol şansları olub: "İkinci yarıda isə penaltidən yararlana bilmədik. Üç xal daha yaxşı olardı. Amma bu gün bir xal qazandığımızı düşünürəm. Çünki "Neftçi" kimi rəqibə qarşı oynadıq".

 

Hacıyev "Neftçi" azarkeşlərinin "Səbail"i təhqir etməsinə də toxunub: "Mənə çox təəcüblü gəlir. Futbol ictimaiyyəti mənim kimləsə sövdələşməyə getmədiyimi yaxşı bilir. "Neftçi"dən xal almağımızı "Qarabağ"a kömək kimi qələmə verirlər. Bəli, Qurban Qurbanovla bir yerdə oynamışıq, rəhbərliyi altında çıxış etmişəm. Kimsə nə mənim, nə də Qurbanın adına ləkə gətirə bilər. Heç kimə buna icazə vermirəm, heç birimiz bu sözlərə layiq deyilik. Onların rəhbərləri ilə görüşəcəm. Bunu böyütmək istəmirəm. Bu aqressiyanı "Neftçi"dən görürəm. Gənc oyunçularımıza söz atırlar. Öz oyunumuzu düşünürük. Bizi nə "Qarabağ", nə də "Neftçi" maraqlandırır".

 

Baş məşqçi uğursuzluq zolağında olmalarını bu cür şərh edib: "Qalatasaray" da 8 oyundu qalib gələ bilmir. Bu, böyük komandaların da başına gələ bilər. Heyətimiz zəifdir. Son sırada olmağımız normal haldı. Strategiyamız var. Gənclərə güvənəcəyik".

 

Hacıyev bildirib ki, qarşısına konkret məqsəd qoyulsaydı, bu gün istefa verib gedərdi: "Sırf yerli futbolçularla uğur qazanmaq olmaz. Bu, 10-15 il əvvəl olub. İndi belə şey yoxdu. Ancaq həvəsdən düşmürük. Əvvəlki büdcə ilə indiki arasında fərq var. Güclənmək yox, daha çox heyəti qorumaq haqda düşünürük. Rəhbərlik hər şeyin yaxşı olmasına çalışır".

CBCsport
11 Dekabr 2019
10 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB