TOP 10

Bordin qələbə qazanmadığı matçda komandasının oyunundan razı qalıb: "Bu gün bizdə yalnız qol çatışmırdı"

Futbol
Tarix: 2019-12-01 17:22

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Premyer Liqanın XIII turunda “Səbail”lə səfərdə qolsuz bərabərliyə qaldıqları matçdan sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə görüş haqda danışıb.

 

- Çətin oyun oldu. Çox qapanmış komandaya qarşı oynadıq. Əlbəttə, cinahlatdan müxtəlif hücumlar edirdik. Rəqib də qapımızda sürətli əks-hücumlar yarada bildi. Çoxlu qol epizodu yaratdıq. Məncə, heç olmasa 1 qol vurmağa layiq idik.

 

- Qolu axtarmaq üçün çoxlu əvəzləmələr etdiniz. Ancaq sanki hücumçunuz Rauf Əliyevin meydanda olması qol vurmağa mane olurdu...

- Bununla razı deyiləm. Bu gün Raufun işi çox çətin idi. Onu rəqib müdafiəçiləri hərtəfəli bağlayırdı.

 

- "Neftçi"də belə ənənə vardı ki, ən çox qol şansı qaçıran komanda idi. Demək olarmı ki, bu, xoşagəlməz ənənə davam edir?

- Deməzdim ki, bu, ənənə halını alıb. Keşən oyunad çoxlu qol vəzuyyətləri yaratdıq ki, bunun 3-də qolu çeviridk. Qol vəziyyətləri yaratmasaydıq, bu, məni narahat edir. Onda çıxış yolu axtarardım.

 

- "Neftçi" keçən mövsümdən Bayılda oyunları çox çətin alınır. əksər vaxt xal itiri. Təkcə "Səbail"lə yox, bundan əvvəlki səfər matçında "Keçlə"ni də uda bilmıədiniz. Bunu neəc izah edərsininiz? Əsas səbəb süni qazondu, yoxsa...?

- Əlbəttə, fərqli ot örtüyünü təsiri var. Çnüki təbii otda oynamağa öyrəşib. Burda isə çətindi. Ancaq bunu səbəb saymıram. Bu gün komandam yaxşı oynadı. Futbolçularımız "Keşlə"ylə oyunla müqayisədə bu qazona daha yaxşı adaptasiya olunmuşdu.

 

- Qələbə qazanmamağınızın əsasən səbəbini nədə görürsünüz?

- Bizdə çatışmayan yalnız qol idi. Meydanda qalan şeyləri etmişdik. Mtaçı analizdən sonra qələbə qazanmamağınızın daha dərin səbəblərini deyə bilərəm. Buna qiymət vermək lazımdı. 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
11 Dekabr 2019
10 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB