TOP 10

İsveçrə millisinin baş məşqçisi: "Yeganə problem Bakı ilə olan məsafədi"

Futbol
Tarix: 2019-12-01 16:07

"Püşkdən əvvəl də demişdim ki, Romada İtaliya ilə qarşılaşmaq istəyirik. İnanıram ki, bu, qarşılıqlıdı". Sport24.az xəbər verir ki, bu fikirləri İsveçrə millisinin baş məşqçisi Vladimir Petkoviç AÇ-2020-nin final mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

 

Türkiyə və Uelslə matçları Bakı Olimpiya Stadionunda keçirəcək bu yığmanın bosniyalı çalışdırıcısı mütəxəssis 2-ci yer uğrunda mübarizə aparacaqlar: "Romada cəmi 1 oyun keçirəcətik, yeganə problem Bakı ilə olan məsafədi. Nəyi necə edəcəyimizi planlaşdırmalıyıq. İtaliya yığması favoritdir. Digər üç yığma 2-ci yer uğrunda mübarizə aparacaq. Bəli, Avropa çempionluğuna namizədlər arasında İtaliya yığması da var. Digər tərəfdən, evdə oynamaq üstünlükdü".

 

Xatırladaq ki, iyunun 13-də Uels - İsveçrə, 21-də İsveçrə - Türkiyə matçları BOS-da, iyunun 17-də İtaliya - İsveçrə görüşü Romada "Olimpiko" stadionunda keçiriləcək.

 

CBCsport
11 Dekabr 2019
10 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB