TOP 10

Ramin Musayev legioner limitinin ləğvi təklifiylə çıxış edəcək: "Nə qədər ki bu olmayıb, Azərbaycanda futbol inkişaf etməyəcək"

Futbol
Tarix: 2019-12-01 14:00

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev legioner limitinə toxunub. Sport24.az xəbər verir ki, uzun illər yerli futbolçuların maraqlarını və limitin saxlamılması mövqeyini müdafiə edən qurum rəhbəri gözlənilmədən onun ləğvindən söz açıb: "Azərbaycan futbolçular evdə xaricdə onlara təklif olunandan çox qazanır. Burdan da yerli futbolçuların xarici klublara axınında problem yaranır. Futbolçularımız Azərbaycanda haqq etdiklərindən çox qazanırlar. Bu səbəbdən də legioner limitini ləğv etmək lazımdı".

 

Musayev Türkiyə Super Liqasında legioner limitinin ləğvini misal çəkib: "Xatırlayın, Trükiyə futbolu necə dalanda idi. Onlar limiti ləğv etdilər və bu fonda ölkədə futbol inkişaf etməyə başladı. Limiti ləğv edərik və yerli futbolçular arasında rəqabət yaradacağıq. Bundan əlavə, limiti götürsək, yerli futbolçular ölkə kənarında variantlar axtarmağa başlayacaqlar". 

 

PFL prezidenti bildirib ki, bu təkliflə çıxış etmək fikrindədi: "Bizdə legioner limitinin ləğvi təklifiylə mütləq çıxış edəcəm. Borcumu yerinə yetirməliyəm. Hətta Klublar Komitəsinin mövqeyini öyrənmədən bunu edəcəm. Nə qədər ki limit ləğv olunmayıb, ölkədə futbol inkişaf etməyəcək".


 

CBCsport
11 Dekabr 2019
10 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB