TOP 10

Şenol Günəş Fransa və Almaniya yığmaları ilə bir qrupda yer almaq istəyirmiş: "Açılış matçını Romada keçirdikdən sonra Bakıya getmək bir az çətin olacaq"

Futbol
Tarix: 2019-12-01 12:20

Türkiyə millisinin baş məşqçisi Şenol Günış AVRO-2020-nin püşkü haqda növbəti dəfə fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis onlar üçün final mərhələsinin qrup mübarizəsində keçirəcək şəhərlərin çox önəmli olduğunu diqqətə çatdırıb: "Püşkdən əvvəl rəqiblərdən çox şəhərləri və səfərləri müzakirə etmişdik. Bakını istəyirdik. Azərbaycanın olmasına çox sevindim, xoşbəxt oldum. Federasiyamızın rəhbərliyi də, prezidenti də xoşbəxt oldu. Hər nə qədər uzun sayəhət osa belə, Azərbaycanda, Bakıda öz meydanımızda oynayacağımız kimi düşünürəm. Açılış matçını Romada keçirdikdən sonra Bakıya getmək bir az çətin olacaq. İtaliya paytaxtından oraya yollanmaq baxımından bir sıxıntı ola bilər. O da birinci matç sonrası ikinci və üçüncü görüşləri orda oynayacağımız üçün bir sıxıntı olacacağını düşünmürəm".

 

Günəş rəqibləri də dəyərləndirərək, daha güclü qrupda yer almaq istədiyini gizlətməyib: "İsveçrə yığmasının baş məşqçisi Vladimir Petkoviç "Samsunspor"da çalışıb və Türkiyəni bilir. Roberto Mançini "Qalatasaray"da işləyib, Türkiyəni bilir. Rayan Giqqz isə Britaniyada oynadı, indi Uels yığmasının başında bir fərqli tərzi var. Sıralamada sonuncu olan Uelsdən 3 xal almalıyıq. İtaliya millisi seçmə mərhələni "10 matç, 10 qələbəylə" başa vurdu. İnşallah, ilk məğlubiyyəti bizdən alar. Bu turnirdə hər rəqiblə oynaya biləcəyimizi düşünürəm. Məsələn, mən Fransa və Almaniya olan qrupda yer almaq istərdim. Çünki ən güclü komandalarla oynayıb, öz oyunumuzu görmək və göstərmək üçün önəmli olacaqdı. Ancaq İtaliya yığması belə komandadı".

 

Xatırladaq ki, Türkiyə İtaliya ilə iyunun 13-də Romada "Olimpiko" stadionunda, 17-də Uels və 21-də İsveçrəylə Bakı Olimpiya stadionunda görüşəcək. 

CBCsport
11 Dekabr 2019
10 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB