TOP 10

Giqqz yaxşı qrupa düşdüklərini sayır, Bakıda oynayacaqlarından razıdı: "Ümidvaram ki, onlar bizimlə son oyunda ehtiyat qüvvədən yararlanacaq"

Futbol
Tarix: 2019-12-01 11:27

Uels millisinin baş məşqçisi Rayan Giqqz AVRO-2020-də yer aldıqları A qrupunun püşkünü dəyərləndirib. Sport24.az xəbər verir ki, ötənlərin əfsanəvi futbolçusu logistika baxımından özləri və azarkeşləri üçün yaxşı qrupa düşdüklərini sayır: "İki oyunumuzu Bakıda keçirdikdən sonra Romaya yollanacağıq. İsveçrə millisi istedadlı komandadır. Türkiyə yığması yaxşı formadadı, seçmə mərhələdə Fransa və İslandiya ilə eyni qrupdan çıxmağı bacarıb. İtaliya isə sözsüz ki, fantastik komandadı. Ümidvaram ki, ardıcıl iki qələbə qazanaraq, növbəti mərhələni təmin edəcəl və bizimlə qrupdakı son oyunda ehtiyat qüvvədən yararlanacaqlar".

 

Qeyd edək ki, Uels yığması iyunun 13-də İsveçrə, iyunun 17-də isə Türkiyə ilə Bakı Olimpiya Stadionunda, iyunun 21-də isə İtaliya ilə Romadakı "Olimpiko" stadionunda üz-üzə gələcək.

CBCsport
11 Dekabr 2019
10 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB