TOP 10

TFF prezidenti Azərbaycanda oynamağın onlara qürur verəcəyini açıqladı: "Bakını ayrı bir şəhər yox, Türkiyənin bir bölgəsi kimi düşünürəm"

Futbol
Tarix: 2019-12-01 10:29

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdəmir AVRO-2020-nin püşkatmasını şərh edib. Sport24.az xəbər verir ki, qurum rəhbəri əsas məqsədlərinin final mərhələsinə düşmək olduğunu və bunu gerçəkləşdirdiklərini söyləyib: "Yaxşı qrupa düşdük. Bakı öz evimiz sayılır. Hər zaman deyirik, bir millət, iki dövlətik. Bakını ayrı bir şəhər kimi yox, Türkiyənin bir bölgəsi kimi düşünürəm. Orada iki önəmli matçımız var - Uels və İsveçrəylə. Azərbaycanda oynamaq bizə qürur verəcək. Orda öz evimizdə kimi oynayacağıq. Əsas hədəfimiz qrupdan çıxmaqdı, bundan sonra da Allah yardım edir, "Allah Kərimdi" deyərək yolumuza davam edəcəyik. Birinci hədəfimiz qrupdan çıxmaqdı. Yaxşı komandamız var".

 

Özdəmir İtaliya millisini tariximizdə məğlub edə bilmədiklərini xatılradıb: "Onlar seçmə mərhələdə qrupda 10 oyunun hamısında qalib gəliblər. İtaliyaya ilk məğlubiyyəti yaşatmaq istəyirik. Futbolçularımıza və baş məşqçimizə çox güvənirik. İnşallah, yaxşı nəticə qazanarıq”.

 

Xatırladaq ki, püşkün nəticəsinə əsasən Türkiyə yığması yer aldığı A qrupunda iyunun 17-də Uels və 21-də İsveçrə milliləri ilə matçlarını Bakı Olimpiya Stadionunda keçirəcək. 

 

CBCsport
12 Dekabr 2019
11 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB