TOP 10

Dadaşov 18 dəqiqə oynadı, komandası...

Dünya Futbolu
Tarix: 2019-12-01 11:00

Futbol üzrə Almaniya 3-cü Bundesliqasında 17-ci turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” də növbəti matçına çıxıb.
 

Sözügedən komanda doğma meydanda “Manhaym”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.


Rüfət də bu görüşün iştirakçısı olub. O, 72-ci dəqiqədə meydana buraxılıb. Cari mövsümdə 4 qol vuran millimizin forvardı bu oyunda fərqlənə bilməyib.


Münster klubu 17 turdan sonra 13 xalla 20 kollektiv arasında 19-cu pillədə qərarlaşıb.

CBCsport
12 Dekabr 2019
11 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB