TOP 10

Mehdi Şərifi: “Qarabağ”a qalib gəldikdən sonra cəmi iki gün xoşbəxt olduq"

Futbol
Tarix: 2019-11-30 23:09

"Sumqayıt"ın futbolçusu Mehdi Şərifi Azərbaycan Premyer Liqasının XIII turunda səfərdə "Keşlə"yə səfərdə 1:2 hesabıyla uduzduqları  brifinq keçirib. Sport24.az xəbər verir ki, hücumçu öncə matç barədə danışıb.

 

- Bu qarşılaşma bizim üçün vacib idi. Topu özümüzdə yaxşı saxlaya bilirdik. Məğlubiyyətə layiq olmasaq da, rəqibi qələbəyə görə təbrik edirəm. Fikrimcə, növbəti oyunlarda daha yaxşı oynayacağıq.

 

- “Qarabağ”a qalib gəldikdən sonra “Keşlə”yə uduzmağı necə şərh edə bilərsən? Bir həftəyə nə dəyişdi?
- “Qarabağ”a qalib gəldikdən sonra cəmi iki gün xoşbəxt olduq. Bunun sevincini cəmi bir neçə gün yaşamışıq. Daha sonra “Keşlə” ilə görüşü düşünməyə başladıq. Bu gün yaxşı oynadıq, ümid edirəm ki, növbəti matçlarda daha da artıracağıq.

 

- Baş məşqçi Ayxan Abbasov komandadan narazı qalıb və futbolçuların “Qarabağ” üzərindəki qələbəni unuda bilmədiklərini deyib...
- Baş məşqçi belə düşünürsə, deməli, belədi. O, bunu bizdən daha yaxşı bilir. “Qarabağ”la oyunda çoxlu səhvlər etmişdim. Özüm barədə deyə bilərəm ki, daha yaxşı oynadım. Baş məşqçi bu barədə fərqli düşünə bilər.

 

- “Persepolis” İranın güclü komandasıdı. Asiyanın adlı-sanlı komandasını qoyub, “Sumqayıt”a gəlməyində məqsəd nədir? Bura tramplin kimi baxırsan?
- Yalnız sabahı düşünürəm. Komanda olaraq növbəti matçı düşünürük. Yalnız növbəti qarşılaşmanı fikirləşirəm. Növbəti tur “Qəbələ”ni qəbul edəcəyik və bunu ağlımdan keçirirəm. Addım-addım düşünürəm.

CBCsport
12 Dekabr 2019
11 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB