TOP 10

Sadiqov qrupdan çıxmağı "Qarabağ"ın boynuna qoymağı düzgün deyil: "Bir yeməyi ikinci dəfə yeyəndə iyrənirsən, qaldı ki, bir komanda ilə 6 dəfə qarşılaşasan..."

Futbol
Tarix: 2019-11-30 22:57

"Keşlə"nin təcrübəli futbolçusu Rəşad Sadiqov Azərbaycan Premyer Liqasının XIII turunda evdə "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub etdikləri görüşdən sonra brifinq keçirib. 36 yaşlı yarımmüdafiəçi Sport24.az-ın əməkdaşının da suallarını cavablandırıb.

 

- Sezar Meza Kollisiz "Keşlə"yə çətindi. Qələbəni necə əldə etdiniz?
- Real danışsaq, “Neftçi” və “Qarabağ” çempionatdakı digər komandalardan oyun tərzi və gücünə görə seçilir. Buna baxmayaraq, digər komandalar başabaş mübarizə aparır. Sadəcə, kim doğru hazırlaşırsa, o da qalib gəlir. Sezar olan oyunlarda da əziyyət çəkmişik, bunun elə də fərqi yoxdu. Baş məşqçimiz Tərlan Əhmədov qarşılaşmadan öncə bildirmişdi ki, yaxşı və ya pis oynayın, fərqi yoxdur, əsas odur 3 xal qazanın. Həqiqətən də qələbə önəmli idi. Elə oyunlar olur ki, pis oynasan da, qalib gəlirsən. Yaxşı oynayıb uduzduğun matçlar isə sənə heç nə vermir.

 

- Ehtiyatda qaldıqca meydana çıxmaq həvəsiniz daha da azala bilər. Oyuna qoşulmaq istəyirdin?
- Açığı, istəyirdim. Mənim üçün fərqi yoxdu ki, nə vaxt oyuna qoşulum Özünüz də gördünüz ki, isinmə hərəkətləri etmədən oyun girdim. Çünki gözlənilmədən 40-cı dəqiqədə əvəzlənmə oldu. Heç isinməyə vaxt olmadı, formamı dəyişib meydana daxil oldum. Həqiqətən də fərqi yoxdu, isinmə hərəkətləri etdim, ya yox. Buna baxmayaraq, ağırdır. Neçə vaxtdır oynamıram. Futbolçu çatışmayanda meydana girdim.

 

- Uzun müddət oynamasan da, meydanda yaxşı mübarizə apardın. Səncə, bu, çempionatın səviyyəsinin daha da aşağı enməsi ilə bağlı deyil?
- Gəlin, düz danışaq, əvvəlki rəqabət indi yoxdu. Əvvəl elə hücumçular var idi ki, gözündən yanında heç arxasınca qaçıb çata bilmirdin. İndi oynamaq rahatlaşıb. Çox uzağa getməyək, “Qarabağ”da Dino Ndlovu var idi və ona qarşı oynamaq ağır idi. “Neftçi”də Nikolas Kanales, “Qəbələ”də Viktor Mendi kimi forvardlar var idi. Hər komandanın yaxşı hücumçusu olurdu. İndi elə hücumçular yoxdu. İndi 8 komandadan ibarət çempionat keçirilir, ildə 4 dəfə qarşılaşırsan və kuboku da əlavə etsək, bu, 6 oyun olur. Bir yeməyi ikinci dəfə yeyəndə iyrənirsən, qaldı ki, bir komanda ilə 6 dəfə qarşılaşasan...

 

- “Keşlə”nin kasad heyətlə uğur qazanacağına inananlar azdır. Səncə, qışda komanda güclənməlidir?
- Onsuz da hamı üçün çətin olacaq, hamı bir-biri ilə mübarizə aparacaq. Yəqin ki, qışda komanda daha da güclənər. Avropa Liqasına vəsiqə qazanmaq istəyirik, fərqi yoxdur bu, 2-ci və ya 3-cü yerlə olsun. Rəhbərliklə komanda Avropanı arzulayır və bunun üçün çalışırıq.

 

- Qışda “Keşlə” yeni oyunçular alsa, karyerasınızı bitirəcəksən, yoxsa kim gəlir-gəlsin, davam edəcəksən?
- Kim gəlirsə-gəlsin, yaya qədər kömək lazımdısa, hazıram. Bu gün məcburiyyətdən oyuna daxil oldum. Müdafiəçilərimizin də sarı vərəqələri var idi. Qarşıda belə oyunlar çox olacaq. Çempionat elədir ki, qırmızı vərəqələr və zədələr qaçılmazdır.

 

- Hələ “Keşlə”yə lazım olduğunuzu düşünürsən?
- Lazım oldum ki, meydana ayaq basdım. Ehtiyac duyulmasaydı, çıxmazdım. Zədələr və cəzalar futbolda olur. Hər bir komandada ən azı 22 futbolçu olmalıdı.

 

- Karyeranızın ən yaxşı dönəmlərinin bir hissəsini “Qarabağ”da keçirmisən. Sabiq komandanı Avropa Liqasının qrup mərhələsini keçə bilmədi. Çoxları yaxşı fürsətin olduğunu düşünsə də, yaşananlar tam fərqli oldu. Səncə, “Qarabağ” qrupdan niyə çıxa bilmədi?
- O zaman “Neftçi” qrup mərhələsinə düşməmişə qədər hamı arzulayırdı ki, hansısa komandamız bunu bacarsın. 1-ci və 2-ci təsnifat mərhələlərini keçməklə, pley-offa çatmaq arzusu ilə böyüyürdük hələ. Belə bir deyim var ki, iştah diş altındadı. Qrupa düşəndən sonra hamı bunun təkrarlanmasını arzulamağa başladı. Qrupda rəqiblər güclü olur. Deyərdim ki, Avropa Liqasının qrup mərhələsi Azərbaycan futbolu üçün pik nöqtədir. “Qarabağ” qruplara düşəndən sonra hamı çox şey istəməyə başladı. Mənə elə gəlir ki, bu, doğru yanaşma deyil. Komandanın qrupa düşməsi elə böyük uğurdu. Boyunlarına qrupdan çıxmalarını qoymaq düzgün deyil.

 

 

 

FƏRƏC ASLANOV

CBCsport
12 Dekabr 2019
11 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB