TOP 10

Tərlan Əhmədov: "Komandamın daha yaxşı oyunla qələbə qazanmasını istəyirəm”

Futbol
Tarix: 2019-11-30 19:27

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində qarşılaşdıqları “Sumqayıt”la oyunu şərh edib. Sport24.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:


“Ötən turda məğlub olduqdan sonra çalışırdıq ki, daha çox psixoloji hazırlığa üstünlük verək. Bu gün də bunun bəhrəsini gördük. Qələbə bizim üçün vacib idi. Qış fasiləsinə 3-cü yerdə getmək istəyirdik. Komandanın mübarizəsi xoşuma gəldi. Yorğunluq var, amma rotasiya imkanımız da yoxdur. Tərlan Quliyev uzun müddət yox idi. Bu gün onun da oyunu xoşuma gəldi. Bu oyunda əsl mübariz "Keşlə" gördüm. Qələbə qələbədir. Futbolçulara təşəkkür edirəm. Komandamın daha yaxşı futbol oynayıb, qələbə qazanmasını istəyirəm. Qış fasiləsində yeni futbolçular mütləq olacaq. Hər mövqeyə 2 oyunçu istəyirəm ki, fikirlərimi həyata keçirə bilim".


48 yaşlı mütəxəssis Azər Salahlıya müdafiədə şans verməməsinə toxunub: "Azər Salahlı mərkəz müdafiəçisi oynayan zaman komanda "Baltsan"dan 4 qol buraxıb. Azər sol cinah üçündür. Mərkəzdə mənə daha təcrübəli oyunçu lazımdır. Rəşad daha əvvəl də bu mövqedə oynayıb. Bu, mənim qərarım idi. Bir şey problem idi ki, Ruslan Qurbanova nəsə olsa, mən kimi oynadacağam. Rəşadın meydançada olması komanda üçün böyük uğur idi".

CBCsport
12 Dekabr 2019
11 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB