TOP 10

Ayxan Abbasov: “Biz o səviyyədə deyilik”

Futbol
Tarix: 2019-11-30 19:17

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində qarşılaşdıqları “Keşlə” ilə oyunu şərh edib. Sport24.az xəbər verir ki, o, 1:2 hesabıyla məğlub olduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:


“Rəqibi təbrik edirəm. Oyunun əhəmiyyətli olduğunu bilirdik. "Qarabağ"la oyundan sonra narahat idim. Psixoloji cəhətdən oyunçuları hazırlaya bilmədik. Futbolçular həmin qələbənin ab-havasında idilər. İkinci hissəni yaxşı oynadıq. Gənc oyunçularımız çoxdur. Təzyiqdən çıxmağa çalışacağıq. Qrafikimiz də sıxdır. "Qəbələ" ilə matça yaxşı hazırlaşmaq istəyirik". 


38 yaşlı mütəxəssis bildirib ki, nəticəni hansısa oyunçunun üzərinə atmaq istəmir: "Futbolçu səhv edə bilər. Bu normaldır. İl boyu eyni tempdə oynamaq ustalıq tələb edir. Biz o səviyyədə deyilik. Rəqibin necə hücum edəcəyini bilirdik. Biz komanda olaraq məşğul olduq".

CBCsport
12 Dekabr 2019
11 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB