TOP 10

Volkov "Qəbələ"də qalmaq istəyir, sadəcə...

Futbol
Tarix: 2019-11-30 17:29

"Qəbələ"nin baş məşqçisi əvəzi Elmar Bxaşıyev müqvailəsi bu ilin sonunda bitəcək gürcü legioneri Davit Volkovun gələcək taleyi barəsində danışıb. Sport24.az-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, gənc mütəxəssis futbolçusu ilə bu haqda söhbətləşdiyini bildirib: "Volkovun qışda "Qəbələ"dən gedəcəyi ilə xəbərlər mətbuatda yayılır. Ancaq Davit komandamızda qalmaq istəyir. Bu haqda özüylə söhbətim olub. Deyir ki, özünü burada xoşbəxt hiss edir və müqaviləsi bitəndən sonra ilk olaraq "Qəbələ" rəhbərliyi ilə danışacaq. Yeni müqavilə şərtləri onu qane etsə, burda çıxışını davam etdirmək istəyindədi".

 

Xatırladaq ki, cari çempionatın bombardilərindən olan 24 yaşlı Volkov ötən qış fasiləsində "Qəbələ"yə gəlib və keçən mövsümdən qalan yeganə legionerdi. 

 

 

 

MEHMAN SÜLEYMANOV, Qəbələ

CBCsport
11 Dekabr 2019
10 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB