TOP 10

Zaur Həşimov "Qəbələ"nin daha böyükhesablı qələbəyə layiq olduğunu açıqladı: "Komanda eyforiyada idi, belə nəticəni gözləyirdim"

Futbol
Tarix: 2019-11-30 17:14

"Zirə"nin baş məşqçisi Zaur Həşimov Premyer Liqanın XIII turunda "Qəbələ"yə səfərdə 0:3 hesabıyla uduzduqları qarşılaşmadan sonra mətbuat konfransı keçirib. Sport24.az-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, 38 yaşlı mütəxəssis əvvəlcə qarşılaşmanı dəyərləndirib.

 

- Keçən turda "Keşlə" üzərində qələbədən sonra futbolçularımızın eyforiyada ola biləcəyini gözləyirdim. Komandanın burda çıxa bilməməsi həftəboyu məşq prosesində görünürdü. Sözü düzü, bunu nəzərə alaraq nəticəni yaxşı olmayacağını gözləyirdim. Ancaq belə bərbad olacağını yox.

 

- Rəqib komandanı ilk dövrədə işlədiyinizdən yaxşı tanıyırdınız. Gözləmək olardə ki, bu üstünlüyünüz olacaq. Ancaq belə çıxır ki, həmkarınız Elmar Baxşıyev iş üslubunuzu yaxşı bildiyindən sizi üstələdi?

- Bəli, "Qəbələ"ni yaxşı tanıyıram. Matçdan əvəvl də demişdim ki, bizi Qəbələyə ağır səfər gözləyir. İbrahima Niaase rəqibin orta sahəsini gücləndirmişdi. "Qəbələ" qələbəni haqq edirdi. Məncə, hesab 3:0 yox, daha böyük olmalı idi.

 

 

 

MEHMAN SÜLEYMANOV, Qəbələ

CBCsport
12 Dekabr 2019
11 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB