TOP 10

"Qəbələ" Amin Seydiyevlə bağlı qərarını verdi

Futbol
Tarix: 2019-11-30 14:41

Amin Seydiyev satılmır. Sport24.az xəbər verir ki, bu mövsüm özünü ən yaxşı tərəfdən göstərərk bir sıra yerli klublarımızın maraq dairəsinə düşən "Qəbələ"nin 21 yaşlı müdafiəçisi qış transfer dövründə nə hansısa kluba transfer olunacaq, nə də icarəyə veriləcək. 

 

"Qəbələ"nin rəhbərliyi heyətlə bağlı ciddi kadr problemləri olduğu halda, akademiyasının daha bir yetirməsi ilə vidalaşmaq niyyətində deyil. Seydiyev faktiti olaraq komandanın müdafiəsini arxasınca daşıyır və bu səbəbdən "Qəbələ" belə transfer şərti irəli sürüb ki, onu da çətin ki kimsə qəbul etsin. 

 

Məsələni konkretləşdirsək, Aminin transfer hüquqlarını almaq istəyən klub 300 min manat ödəniş etməlidi. Azərbaycan reallığında heç bir yerli belə məbləği ödəməz. Bununla da Seydiyevin xidmətində maraqlı olan bütün klublar iddialarını minimum yayadək təxirə salmalı olacaq. Onu da bildirək ki, U-21 yığmamızın vitse-kapitanının xidmətində "Neftçi" və "Zirə" maraqlı olub. (Football24.az)

 

CBCsport
11 Dekabr 2019
10 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB