TOP 10

“Qarabağ” “Düdelanj”a qalib gəlsə…

Futbol
Tarix: 2019-11-29 15:01

Avrokuboklarda qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra UEFA-nın yeni reytinqi açıqlanıb. Sport24.az xəbər verir ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsində “Sevilya”ya səfərdə uduzduğundan (0:2), Azərbaycanın mövqeyində dəyişiklik olmayıb. Azərbaycanın bu mövsümdəki əmsalı 3,125-də qalıb.


Son beş ilin nəticələrinə görə 18,500 xalı olan Azərbaycan 26-cı sırada qərarlaşıb. 25-ci yerdə olan Belarusun 18,875 xalı var. Belarusun avrokuboklarda təmsilçisi qalmadığından, “Qarabağ”ın qrup mərhələsinin son turunda “Düdelanj”a qalib gəlməsi 25-ci sıraya yüksəlməyimizə səbəb ola bilər.

CBCsport
24 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB