TOP 10

Kamran Quliyev çempionluq mübarizəsində "Qarabağ"ı gərginlikdə saxlayacaqlarını bəyan etdi: "Qriqorçuk? Bu, əsassız şayiələrdi"

Futbol
Tarix: 2019-11-24 21:36

"Neftçi"nin prezidenti Kamran Quliyev Premyer Liqanın XII turunda "Qəbələ"yə evdə böyük hesabla qalib gəldikləri (4:1) matçdan sonra fikirlərini açıqlayıb. Sport24.az xəbər verir ki, klub rəhbəri ilk olaraq komandasını təbrik edərək, belə yağışlı, soyuq havada onları dəstəkləmək üçün stadiona gələn azarkeşlərə minnətdarlıq edib:

 

"İlk 25 dəqiqə futbolçularımız üçün yetərincə uğurlu alındı. Bundan sonra sürəti azaltdıq. Fikrimcə, bu, 3 cavabsız qolla bağlı oldu ki, bundan sonra komanda bir az sakitləşdi. Bəzi epizodları çxsaq, komandanın göstərdiyi oyundan razı qalıdm. Fikrimcə, nəticə oyuna görə oldu".

 

Quliyev qızıl medalar uğrunda mübarizə aparmaq iqtidarında olduqlarını hesab edir: "İkinci pilləyə qayıtdıq? Biz gümüş medallar uğrunda mübarizə aparmırıq. Çempionatdakı qış fasiləsinədək hələ 2 matç var. "Qarabağ"la xal fərqini 6-ya saldıq. Hazırkı çempionu gərginlikdə saxlayacağıq. İnanıram ki, komanda qış tətilinə yüksək əhval-ruhiyyədə yollana bilər. Bunun üçün hər matçda maksimal xal toplamaq lazımdı. Qış "transfer pəncərəsi"ndə gözlənilən dəyişiklilərə gəlincə, bununla klubun texniki heyəti məşğul olacaq. Söhbət idman direktoruyla baş məşqçidən gedir. Onlarla bu məsələylə bağlı hələ görüşüm olmayıb". 

 

"Neftçi"nin prezidenti baş məşqçi postlarına "Qəbələ"nin ukraynalı sabiq çalışdırıcısı, son ilyarımda "Astana"ya başçılıq edən Roman Qriqorçuku gətirəcəkləri ilə bağlı söz-söhbətlərə də münasibət bildirib: "Bu, heç bir təsdiqi olmayan əsassız şayiələrdi. Qrioqrçukla heç bir danışığımız olmayıb və bu mövzu heç müzakirə olunmayıb". (Football24.az)

 

 

football24
19 Sentyabr 2020
18 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB