TOP 10

Elmar Qasımov Yaponiyada gümüş medal qazandı

Cüdo
Tarix: 2019-11-24 16:32

Yaponiyanın Osaka şəhərində cüdo üzrə "Böyük Dəbilqə" beynəlxalq turniri keçirilib. Sport24.az xəbər verir ki, yarışda 86 ölkənin idmançıları ilə yanaşı Azərbaycan cüdoçuları da mübarizə aparıblar. 
 

Kişilərin mübarizəsində -100 kq çəki dərəcəsində yarışan Elmar Qasımov Fransa, Almaniya, Rusiya və Yaponiya cüdoçularını məğlub edərək finala çıxıb. Həlledici qarşılaşmada yaponiyalı Haqa Ryunosukeyə uduzan cüdoçumuz nüfuzlu yarışın gümüş medalını qazanıb. 


Qeyd edək ki, 481 cüdoçunun qatıldığı Osaka turnirində Azərbaycan 13 idmançı ilə təmsil olunub.

CBCsport
30 May 2020
29 May 2020
B.eÇ.aÇC.aCŞB