TOP 10

"Spartak"ın baş məşqçisindən azərbaycanlı futbolçuyla bağlı suala sərt cavab: "Nə demək istəyirsən, onu bəyənmirəm?"

Futbol
Tarix: 2019-11-22 17:00

Moskva "Spartak"ının baş məşqçisi Domeniko Tedesko komandanın azərbaycanlı futbolçusu Ayaz Quliyevlə bağlı danışıb. Sport24.az xəbər verir ki, 34 yaşlı italiyalı mütəxəssis mətbuat konfransında "Ayaz Quliyevi bəyənmədiyiniz üçün şans vermirsiniz" sualına sərt cavab verib: "Başa düşmürəm. Nə demək istəyirsən, onu bəyənmirəm? Bu cür sualları hardan çıxardığınızı bilmirəm, özünüz belə düşündünüz? Belə sualları sevmirəm. Ayaz Quliyevlə bağlı eyni mövqedəyəm. Onu kimin yerində oynadım, Umyarovun? Oyunçuya qarşı deyiləm, amma üstünlük verdiyim futbolçunun tərəfdarıyam. Bu, Quliyevin pis futbolçu olması anlamına gəlmir. Hər kəsin gec-tez bir şansı olacaq".

 

Xatırladaq ki, Tedesko mövsümün gedişində Moskva təmsilçisinin baş məşqçisi təyin edilib.​​​​​​

CBCsport
26 Yanvar 2020
25 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB