TOP 10

Ermənistan futbolu başsız qaldı

Dünya Futbolu
Tarix: 2019-11-21 20:04

Ermənistan Futbol Federasiyasının prezidenti Artur Vanezyan istefa verib. Sport24.az xəbər verir ki, o, ölkənin milli komandasının AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində İtaliyaya 1:9 hesablı məğlubiyyətinə görə postundan gedib.


O, istefasını belə izah edib: “Kimsə bu məğlubiyyətə görə məsuliyyəti öz üzərinə götürməli idi. İstefa verdim və İcraiyyə Komitəsi də bunu qəbul etdi”.


Ermənistanın milli təhlükəsizlik xidmətinin sabiq rəhbəri, general-mayor olan Vanezyan federasiyaya 2018-ci ilin sentyabr ayından prezidentlik edirdi.


Yeni prezidentin seçkisi dekabrın 23-nə nəzərdə tutulub.

CBCsport
08 Dekabr 2019
07 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB