TOP 10

Yurçeviçin onu bəyənməsi "Keşlə"nin kapitanına əlavə ruh verir: "Baş məşqçi hər zaman düz olur, amma mən özümü kimsədən zəif görmürəm"

Futbol
Tarix: 2019-11-21 18:16

"Keşlə" millimizin oyunları ilə əlaqədar növbəti ikihəftəlik fasiləyə əsas rəqibi olan "Neftçi" üzərində əzmkar qələbə qazanaraq yüksək əhval-ruhiyyədə yollandı. Həmin matçda komandasının ən yaxşılarından olan kapitan Slavik Alxasovun milliyə dəvət olunacağı hardasa gözlənilsə də, baş məşqçi Nikola Yurçeviç yenə təcrübəli sol cinah müdafiəçisinə siyahısında yer vermədi. Slavik Football24.az-a müsahibəsində həm millidən kənarda qalması, həm də Premyer Liqada şansları haqda danışıb. 

 

- Hazırda turnir cədvəlində yalnız "Qarabağ"dan geri qalırsız. Fasiləyə qədər aradakı xal fərqini bir az da azaltmaq mümkün olacaq?
- Bəli, hazırda turnir cədvəlində ilk üçlükdə qərarlaşırıq. "Qarabağ" bir oyun belə məğlub olmayıb. Onların gücünü bilirik. Əsas məqsədimiz öz oyunlarımızda maksimum nəticə qazanmaqdı.

 

- Son turda əsas rəqibiniz olan "Neftçi" üzərində əzmkar qələbə qazandınız. Bu oyun haqda da fikirlərin maraqlıdı.
- Bilirik ki, "Neftçi" güclü komanda, güclü rəqibdi. Onları məğlub etmək bizə əlavə stimul verdi. O oyuna yüksək motivasiya ilə hazırlaşmışdıq. Bəhrəsini də gördük.

 

- Qarşıda çempionat oyunundan əlavə kubok oyunları da var. Heyətiniz hər iki cəbhədə sona qədər mübarizə aparmağa imkan verəcək?
- Fasiləyə qədər 3 çempionat və kubok oyunumuz var. Biz də bu oyunlara yüksək səviyyədə hazırlaşırıq. Ümid edirəm, hər istədiyimiz məcrada gedəcək.

 

- Milli komandanın baş məşqçisi sənin haqda müsbət fikirdə olsa da, qeyd edib ki, bəxtin onda gətirməyib ki, mövqeyində Təmkin, Şəhriyar, Anton kimi üç oyunçu var. Sən necə, özünü milli komandaya hazır sayırsan?
- Baş məşqçinin məni bəyənməsi müsbət məqamdı. Bu mənə əlavə ruh verir. Bundan sonra oyunları daha yüksək səviyyədə keçirməliyəm ki, baş məşqçi mənə də şans versin. Yurçeviçin fikirlərinə hörmətlə yanaşıram. Baş məşqçi hər zaman düz olur, amma mən özümü kimsədən zəif görmürəm.

 

- Ümumiyyətlə, millimizin bu seçmə tsikldə olan oyunlarını necə dəyərləndirərdin?
- İlk öncə onu deyim ki, millimizin bu qrupu olduqca çətin idi. Biz də istəyirik ki, milli hər zaman yaxşı nəticə versin. 

 

 

 

FƏRƏC ASLANOV
 

CBCsport
15 Dekabr 2019
14 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB