TOP 10

Millimizin futbolçusu qrupda ilk "3-lüy"ə düşməyi real sayır: "Bəlkə Obradoviç məni istədiyindən deyir ki..."

Futbol
Tarix: 2019-11-21 13:00

Milli komandamız kimi, U-21 yığmamız da builki çıxışını başa vurdu. Milan Obradoviçin komandası son toplanışında həm rəsmi matça çıxdı, həm də yoldaşlıq görüşündə qüvvəsini sınadı. Hər iki matçı əvəzolunmadan keçirən "Sabah"ın mərkəz yarımmüdafiəçisi Şakir Seyidov Sport24.az-a müsahibəsundə həm yığma, həm də klubu haqda danışıb. O, ilk olaraq Lixtenşteynlə üzərində qələbəylə, Ukraynayla bərabərlik nəitcələnən matçları dəyərləndirib. 

 

- Yaxşı nəticə qazandıq. Əsas rəsmi oyun idi. Lixteşteynlə həmin matçda qalib gəldik. Komanda yoldaşlarımı və məşqçilər korpusumuzu təbrik edirəm. Ukraynayla matçda daha çox topa nəzarət etmək, baxımlı futbol oynamaq əsas məqsədimiz idi. Təbii ki, qələbə qazanmağa da çalışdıq, buna yaxın da idik. Ancaq təəssüf ki, qol buraxaraq bunu əldən verdik. 

 

- Rəqib ikinci hissəni azlıqda keçirdi, ancaq bundan yararlanmayaraq əksinə, qol buraxdınız. Niyə belə oldu?

 - Qol vəziyyətlərimiz çox idi. Bəzən şanssızlıqla üzləşdik. İki dəfə zərbəmiz qapı dirəyindən döndü. Bəzi epizodlarda isə son zərbədə dəqiqlik çatmırdı. Futboldu, belə şeylər olur. Fikrimcə, komandamız güclü rəqibə qarşı çox yaxşı oynadı. Çatışmazlıqlar üzərində işləyib gələcək matçlarda daha yaxşı nəticələr göstərəcəyimizə inanıram.

 

- Bu il üçün oyunlarınız bitdi. Hazırkı seçmə mərhələdə 6 xalı nə dərəcədə qənaətbəxş sayırsan?

- İlk oyunlara baxanda, komandamızda irəliləyiş var. Bəzi matçlarda istədiyimiz nəticə qazanmasaq da, hər halda, 2 qələbəmiz var. Gələcək matçlarda xallarımızı artıraraq ilk "3-lüy"ə düşərik.

 

- Qalan 4 qarşılaşmadan 3-nü səfərdə keçirəcəksiniz, yeganə ev matçını isə Fransa kimi çox güclü rəqblə. Nəticə qazanmaq şansınız nə dərəcədə realdı?

- Komandamızın potensialı imkan verir ki, turnir cədvəlində daha da irəli gedək. İnşallah, çox yaxşı hazırlaşıb buna nail olarıq. Komandamızda bir-birimizə böyük inam, dəstək var. Meydanda bir-birimizlə yaxşı anlaşırıq ki, bunu nəticələrdə göstərərik. 

 

- Baş məşqçiniz Milan Obradoviçin oyunda daha çox adını çəkdiyi futbolçulardan biri sənsən. "Şako, Şako" çağırışı dilindən düşmür. Bu, səni psixoloji gərginlikdə saxlamır?

- Yox-yox. Buna öyrəşmişəm. Bəlkə məni istədiyindən deyir ki, daha yaxşı oynayım. 

 

- Bəlkə də sənə komandanın liderlərindən biri kimi baxaraq çox şey gözləyir...

- Ola bilər. Komandamızda lider oyunçular çoxdu - İsmayıl İbrahimli, Hacıağa Hacılı, Barış Ekincier və ya Ozan Can Kökçü olsun. Bəlkə məni də lider kimi görür. Buna görə sağ olsun.

 

- Klubunda özünü necə hiss edirsən? Əsas heyətdə çox az yer alırsan...

-  Yaxşı futbolçulara malikik. İqor Ponomaryovun baş məşqçi postuna gəlişindən sonra komandamızda çox irəliləyiş var. 

 

- "Sabah"ın çıxışında hələ qeyri-stabillik var. Səncə, 2-3 ardıcıl qələbə qazanmağa nə imkan vermir?

- Qol epizodlarımız çox olur, ancaq dəyərləndirə bilmirik. Burda da şanssızlıq olur. Mənə də nə qədər şans verilirsə, dəyərləndirməyə çalışıram. 

 

- Az oynamaq sənə yığmaya gələndə problem yaratmır?

- Xeyr. Son oyunlarda mütəmadi çıxış edirəm. Son turda 90 dəqiqə meydanda oldum, bundan əvvəl 45, 40 dəqiqə çıxış etmişəm. Gənc futbolçuyam, yavaş-yavaş artıra bilərəm.

 

- Ancaq "Sabah"da 21 yaş limitndə əsas oyunçunuz sən yox, U-21-də də komanda yoldaşın Ozan Can Kökçüdü. Rəqabət necə gedi? Ozan Can səni nədə üstələyir?

- Ozan Canla həqiqətən çox yaxşı dostuq. Həm də yığmada olanda, otaq yoldaşıyıq. Aramızda sağlam rəqabət olur. Ola bilər ki. Kökçüyə üstünlük, ola da bilər mənə şans verirlər. Axırıncı matçda ikimiz də start heyətində oynadıq. Bizim komandada gənc futbolçulara çox üstünlük verirlər. Bu, bizim üçün sevinidrici haldı.

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
08 Dekabr 2019
07 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB