TOP 10

Camalov millidəki debütüdən razıdır: “Bütün gücümüzü qoysaq da, alınmadı”

Futbol
Tarix: 2019-11-21 11:22

Milli komandamız Slovakiya səfərindən də əliboş döndü. AVRO-2020-nin son seçmə mərhələsi qarşılaşmasında 0:2 məğlub olan yığmamızın formasında daha bir futbolçu debüt etdi. Söhbət Elvin Camalovdan gedir. “Zirə”nin yarımmüdafiəçisi Sport24.az-a verdiyi müsahibədə həm millidəki debütündən söz açdı, həm də komandasının çempionatdakı çıxışından.

 

-Millimiz Slovakiyada AVRO-2020-nin seçmə mərhələsinsə son oyununu keçirdi. Oyun haqda nə deyə bilərsən?
- Ağır oyun oldu. Rəqib yaxşı futbolçulardan qurulmuş kollektiv idi. Başabaş oynamağa çalışdıq. Təəssüf ki, sonda rəqib qalib gəldi.

 

- Bu qarşılaşmada milli komandada debütün reallaşdı. Öz oyunundan razı qaldın?
- Məncə, normal oynadım. Pis deyildi.


- Premyer Liqanın son üç oyununda meydanı bir xalla tərk etmisiz. Qələbə üçün nə çatmadı?
- Son turda "Qarabağ" səfərindəki nəticəni yaxşı saymaq olar. "Sabah" və "Sumqayıt" da pis komandalar deyil. Bütün gücümüzü qoysaq da, alınmadı.


- Növbəti turda ikinci pillədə qərarlaşan "Keşlə"ni qəbul edəcəksiniz. Bu oyundan gözləntin nədir?
- "Keşlə" çox yaxşı komandadır. İkinci yerdə olmaqları da bunu göstərir. Bizə də bu oyunda qələbə lazımdır. İnşallah, bu görüşdə istəyimizə nail olarıq.


- Baş məşqçi dəyişikliyi komandaya necə təsir edib?
- Zaur (Həşimov - red.) müəllimlə "Qəbələ"də də işləmişik. Tanıdığım məşqçidi. İnanıram ki, "Zirə"də də uğur qazana biləcək.

 

 

FƏRƏC ASLANOV
 

CBCsport
08 Dekabr 2019
07 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB