TOP 10

“Fiorentina”nın futbolçusu 5 min avroya görə döyüldü

Dünya Futbolu
Tarix: 2019-11-21 12:00

İtaliyanın “Fiorentina” klubunun futbolçusu Aleksa Terziç naməlum şəxslər tərəfindən döyülüb. Sport24.az xəbər verir ki, Serbiyanın U-21 yığmasının düşərgəsindən ayrıldıqdan sonra şəxsi avtomobili ilə ailəsini ziyarət etmək üçün Belqrad şəhərindən Nişə yola düşən 20 yaşlı müdafiəçi bir qrup şəxsin hücumuna məruz qalıb.

Naməlum şəxslər əvvəlcə gənc futbolçunu təqib edib, daha sonra ondan maşınını saxlamasını istəyiblər. Avtomobildən düşən futbolçudan 5 min avro pul istəyən xuliqanlar, bu tələblərinə əməl etməyən Terziçi döyməyə başlayıblar.


Xəstəxanaya yerləşdirilən futbolçunun burnunda qırıq, bədəninin müxtəlif yerlərində xəsarətlər aşkarlanıb. 


Hazırda Serbiya polisi baş verən hadisəni araşdırmağa başlayıb.

CBCsport
16 Dekabr 2019
15 Dekabr 2019
14 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB