TOP 10

Milli komandada baş məşqçi istefası

Dünya Futbolu
Tarix: 2019-11-21 11:41

Futbol üzrə Rumıniya milli komandasının baş məşqçisi Kosmin Kontra istefa verib. Sport24.az xəbər verir ki, 43 yaşlı mütəxəssis AÇ-2020-nin seçmə mərhələsinin sonuncu turunda İspaniyaya məğlub olduqları matçdan (0:5) sonra postundan ayrılmaq  qərarına gəlib.


O, uğursuz nəticələrə görə azarkeşlərdən üzr istəyib: “Yığmadan gedirəm. Azarkeşlərdən üzr istəyirəm. Bundan artığını edə bilmədim. Millinin baş məşqçisi olduğum üçün heç vaxt peşman olmadım. İspaniya ilə oyundan qabaq gedəcəyimlə bağlı qərar vermişdim”.


Qeyd edək ki, F qrupunda mübarizə aparan Rumıniya yığması 10 oyuna topladığı 14 xalla 4-cü yeri tutub. Kontra bu komandanı 2017-ci ilin sentyabr ayından etibarən çalışdırırdı.

CBCsport
16 Dekabr 2019
15 Dekabr 2019
14 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB