TOP 10

Yurçeviçin "26-lar"ı

Futbol
Tarix: 2019-11-21 10:14

Azərbaycan millisi başa çatan AVRO-2020-nin seçmə mərhələsində 26 futbolçunun xidmətindən yararlanıb. Sport24.az xəbər verir ki, millimizdə ilk tsiklini keçirən xorvatiyalı baş məşqçi Nikola Yurçeviç qrupda 8 matçda bu sayda futbolçunu oynadıb. 

 

Onlardan yalnız 1-i bütün görüşləri əvəzolunmadan keçirib. Bu, 2 qolla millimizin son tsikldə bombardirlərindən olan hücumçu Ramil Şeydayevdi. Millimizin əsas kapitanı Maksim Medvedevin yoxluğunda son 3 matçda sarğını daşıyan Qara Qarayev də 8 qarşılaşmanın hamısında meydanda olub. Sadəcə, bu yarımmüdafiəçi ilk oyunda - Xorvatiya yığmasıyla Zaqrebdəki görüşdə 88-ci dəqiqədə əvəzləndiyindən, Ramildən 2 dəqiqə geri qalıb.

 

Yurçeviç 2 qapıçı, 8 müdafiəçi, 13 yarımmüdafiəçi və 3 hücumçunun xidmətindən yararlanıb. O, seçmə mərhələdə 4 futbolçunun millidə debütünə imkan yaradıb. Bunlar Emil Balayev, Bəhlul Mustafazadə, Elvin Camalov və Vüsal İsgəndərlidi. 

 

Başa çatan tsiklə dəqiqə baxımından ən az meydanda olan Rüfət Dadaşovdu. Halbuki, Rüfət keçən il Millətlər Liqasında əsas hücumçumuz, Ramil isə daha çox ehtiyatda qalaraq onun əvəzləyici sayılırdı. Ancaq göründüyü kimi, Yurçeviçin dönəmində Şeydayev ən çox, Dadaşov isə ən az oynayandı. Özü də Rüfət 2 matçda çıxış etsə də, bu, cəmi 6 dəqiqə olub. AVRO-2020-də cəmi 1 matç keçirən Abbas Hüseynov, Vüsal İsgəndərli və Elvin Camalov meydanda Ddaşovdan çox olublar. Yeri gəlmişkən, bu 3 futbolçu seçmə mərhələyə yekun vuran Slovakiya yığmasıyla Trnavadakı görüşdə iştirak ediblər. 

 

Millimiz seçmə mərhələdə 5 qol vurub. Ramillə birgə 2 qolla ən çox fərqlənən Mahir Emrelidi. Daha bir qol isə Təmkin Xəlilzadənin hesabındadı ki, məhz onunla yeganə xalı qazanmışıq. Bu, Xorvatiyayla "Bakcell Arena"dakı 1:1 hesablı bərabərlikdi. Şeydayev Xorvatiya və Slovakiyanın, Emreli isə Macarıstanla Uelsin qapısına yol tapıb. Əslində, millimizdən Pavel Paşayev də topu tora göndərib. Sadəcə. bu sağ cinah müdafiəçisi Uelslə Krduffədki matçda qapıları səhv salaraq avtoqola imza atıb. 

 

Tsikl ərzində qırmızı vərəqə almayan futbolçularımız 24 xəbərdarlıqla cəzalanıb. Nazarov hamıdan çox –  4 sarı vərəqə alıb. 

 

Onu da bildirək ki, bu 8 ayda Yurçeviçin komandasında 8 futbolçu da olub. Bunlar qapıçılar Şahrudin Məhəmmədəliyevlə Mehdi Cənnətov, müdafiəçilər Ömər Buludovla Şəhriyar Əliyev, yarımmüdafiəçilər Əli Babayev, Aleksey İsayev, Namiq Ələsgərov və hücumçu Mirabdulla Abbasovdu. Milliləşdirilən dağıstanlı qapıçılar hələ də millidə debüt etməyiblər. Bu Şəhriyarla Alekseyə də aiddi. Babayev millidə "siftə"sini Litvayla evdə, Buludov Bəhreynlə səfərdəki yoldaşlıq görüşündə reallaşdırıb. Yurçeviç gəlişinədək millidə çıxış etmiş Namiqlə Mirabdullanı yalnız bir dəfə - litvalılarla görüşdə ikinci hissədə meydana buraxıb. 

 

 

Millimizin futbolçuları AVRO-2020-də

 

1. Ramil Şeydayev ("Krlya Sovetov"/"Dinamo", Rusiya), hücumçu - 8 oyun (720 dəqiqə), 2 qol, 1 sarı 

2. Qara Qarayev ("Qarabağ"), yarımmüdafiəçi - 8 oyun (718 dəqiqə), 1 sarı

3. Şəhriyar Rəhimov ("Səbail"), müdafiəçi - 7 oyun (613 dəqiqə), 2 sarı

4. Bədavi Hüseynov ("Qarabağ"), müdafiəçi - 6 oyun (540 dəqiqə), 1 sarı

5. Anton Krivotsyuk ("Neftçi"), müdafiəçi - 6 oyun (477 dəqiqə), 3 sarı

6. Riçard Almeyda ("Qarabağ"), yarımmüdafiəçi - 6 oyun (469 dəqiqə), 1 sarı

7. Maksim Medvedev ("Qarabağ"), müdafiəçi - 5 oyun (450 dəqiqə), 3 sarı

8. Dmitri Nazarov ("Proyssen", Almaniya), yarımmüdafiəçi - 5 oyun (402 dəqiqə), 4 sarı

9. Mahir Emreli ("Qarabağ"), yarımmüdafiəçi - 5 oyun (373 dəqiqə), 2 qol

10. Araz Abdullayev ("Qarabağ"), yarımmüdafiəçi - 5 oyun (223 dəqiqə)

11. Ağabala Ramazanov ("Səbail"), yarımmüdafiəçi - 5 oyun (207 dəqiqə)

12. Təmkin Xəlilzadə ("Sabah"), yarımmüdafiəçi - 5 oyun (191 dəqiqə), 1 qol, 2 sarı

13. Bəhlul Mustafazadə ("Qəbələ"/"Sumqayıt"), müdafiəçi - 4 oyun (450 dəqiqə), 1 sarı

14. Emil Balayev ("Tobol", Qazaxıstan), qapıçı - 4 oyun (360 dəqiqə, -6 qol)

15. Səlahət Ağayev ("Neftçi"), qapıçı  - 4 oyun (360 dəqiqə, -12 qol)

16. Pavel Paşayev ("Aleksandriya", Ukrayna), müdafiəçi - 4 oyun (315 dəqiqə)

17. Cavid Hüseynov ("Qəbələ"/"Zirə"), yarımmüdafiəçi - 4 oyun (171 dəqiqə), 3 sarı

18. Renat Dadaşov ("Eştoril", "Pasuş de Fereyra", Portuqaliya), hücumçu - 4 oyun (76 dəqiqə)

19. Eddi İsrafilov ("Alkorkon"/"Albasete", İspaniya), yarımmüdafiəçi - 3 oyun (225 dəqiqə), 2 sarı

20. Rəşad Eyubov ("Sabah"), yarımmüdafiəçi - 3 oyun (102 dəqiqə)

21. Emin Mahmudov ("Neftçi"), yarımmüdafiəçi - 3 oyun (59 dəqiqə)

22. Rahil Məmmədov ("Qarabağ"), müdafiəçi - 2 oyun (180 dəqiqə)

23. Rüfət Dadaşov, hücumçu - 2 oyun (6 dəqiqə)

24. Vüsal İsgəndərli ("Keşlə"), yarımmüdafiəçi - 1 oyun (90 dəqiqə)

25. Abbas Hüseynov ("Qarabağ") , müdafiəçi - 1 oyun (90 dəqiqə)

26. Elvin Camalov ("Qəbələ"/"Zirə"), yarımmüdafiəçi - 1 oyun (45 dəqiqə)

 

 

 

MEHMAN  SÜLEYMANOV

CBCsport
08 Dekabr 2019
07 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB