TOP 10

Azərbaycanda yeni futbol klubu yaradıldı

Futbol
Tarix: 2019-11-20 15:40

Azərbaycanda yeni futbol klubu fəaliyyətə başlayıb. Sport24.az xəbər verir ki, yeni klub "Xocalı" adlanacaq.


Bununla bağlı klubun, Xətai İcra Hakimiyyətinin nümayəndələri və futbol mütəxəssisləri birgə "Ana harayı" abidəsini ziyarət ediblər.


“Xocalı”nın təsisçisi İlkin Hacıyev bildirib ki, klub fəaliyyətinə uşaq futbolundan başlayır: "Klubu yaratmaqda məqsədimiz uşaq futbolunun inkişafına təkan verməkdir. Artıq 6-12 yaşlarında uşaqlar məşqlərə başlayıb. Gələcəkdə isə 19 yaşlılar arasında Azərbaycan çempionu olub, UEFA Gənclər Liqasında "Xocalı" adını layiqincə qorumaqdır. Klub hazırda Masazırdakı stadionda məşq edir”.

CBCsport
08 Dekabr 2019
07 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB