TOP 10

Hakimi vuran oyunçuya 10 oyunluq cəza

Futbol
Tarix: 2019-11-20 13:03

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı atlında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:
 

Region Liqasında keçirilən “Mil” (Beyləqan) – “Araz” (Saatlı) oyununda “Araz”ın (Saatlı) heyətində Asim Kərimov qarşılaşmanın 52-ci dəqiqəsində rəqibə qarşı aqressiv davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq kənarlaşdırılıb. Qarşılaşmanın 57-ci dəqiqəsində “Araz”ın (Saatlı) heyətində Tural Həsənov bilərəkdən əli ilə oynadığına görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.


Region Liqasında keçirilən “Ümid” (Cəlilabad) – “Neftçala” oyununda  “Neftçala”nın heyətində Elmir Məlikov qarşılaşmanın 90+2-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanın.


Region Liqasında keçirilən “Şahdağ” (Quba) – “Qusar” oyununda “Şahdağ”ın (Quba) heyətində Nurlan İsgəndərov qarşılaşmanın 88-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.


Gənclər Liqasında keçirilən “Zirə” – “Sabah” oyununda “Sabah”ın heyətində futbolçu Hüseyn Əliyev qarşılaşmanın 85-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.


Gənclər Liqasında keçirilən “Qarabağ” – “Qəbələ” oyununda “Qəbələ”nin heyətində futbolçu Xəyal Muradov qarşılaşmanın 89-cu dəqiqəsində aqressiv davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.


U-17 Liqasında keçirilən “Keşlə” – “Kəpəz” oyununda “Kəpəz”in heyətində Röyal Əhmədov qarşılaşmanın 80-ci dəqiqəsində düşüncəsiz qayda pozuntusuna görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.


U-17 Liqasında keçirilən “Neftçi” – “Zirə” oyununda “Neftçi”nin heyətində Rüfət Abbasov qarşılaşmanın 74-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Final fitindən sonra “Neftçi”nin futbolçusu Hüseyn Babayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandığı üçün 1 oyun cəzalanıb.


U-17 Liqasında keçirilən “Tufan” – “Xəzər Lənkəran” oyununda “Tufan”ın heyətində Mircəlal Abbasov oyunun bərpasını ləngitdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.


U-15 Liqasında keçirilən “Kəpəz” – “Binə” oyununda “Kəpəz”in heyətində Əmir Qasımov qarşılaşmanın 63-cü dəqiqəsində aqressiv davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.


U-13 Liqasında keçirilən “Sahil Futbol Akademiyası” – “Zirə” oyununda “Sahil Futbol Akademiyası”nın heyətində İslam Məmmədov qarşılaşmanın 27-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.


U-12 Liqasında keçirilməsi nəzərdə tutulan “Qələmçə” –“Gülül” oyunu qonaq komandada oyunçu sayı düz olmadığına görə keçirilmədiyi üçün “Gülül”a 0:3 hesablı texniki məğlubiyyət verilib.


U-12 Liqasında keçirilən “Fireland Football Club” – “Haralar” FK oyununda “Haralar”ın heyətində Telman Sadıqov qarşılaşmanın 16-cı dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.


U-12 Liqasında keçirilməsi nəzərdə tutulan UGİM (Goranboy) – UGİM (Naftalan) oyunu qonaq komandası təyin olunan vaxtda gəlmədiyi üçün oyunun baş tutmayıb. Bu səbəbdən UGİM (Naftalan) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.


U-11 Liqasında keçirilən “Təbriz” TİM (Gəncə) – “Çinar” UGFHK oyununundan sonra meydan sahibi komandada protokolda adı qeyd edilməyən oyunçu aşkar olunduğu üçün “Təbriz” TİM komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.


U-10 Liqasında keçirilməsi nəzərdə tutulan UGİM Ulduz (Mingəçevir) – UGİM (Naftalan) oyunu qonaq komanda təyin olunan vaxtda gəlmədiyi üçün oyun baş tutmayıb. Bu səbəbdən UGİM (Naftalan) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.


U-13 Qızlar Liqasında “Gənclik” – “Qəbələ” oyununda meydan sahibi komanda oyuna çıxmaqdan imtina etdiyi üçün “Gənclik”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.


Futzal üzrə Yüksək Liqada 13 noyabrda keçirilmiş “Neftçi” İK – “Araz” oyununda “Neftçi”nin futzalçısı Rüfət Balakişiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.


Futzal üzrə İkinci Liqada noyabrın 17-də “Star karqo-2” – “Timsport” oyununda qonaq komanda təyin olan vaxtda meydana çıxmadığı üçün “Timsport”a 0:5 hesablı texniki məğlubiyyət verilib.


Futzal üzrə Birinci Liqada 15 noyabrda keçirilmiş “Baku Fans” – “Çinar Cəbrayıl” oyununda “Baku Fans”da Saleh Əzizov son ümid fouluna görə qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb.


Futzal üzrə Birinci Liqada 16 noyabrda keçirilən “Qarabağ Füzuli” – “Metropoliten” oyununda “Metropoliten” klubunun üzvü Teymur Nəsibov ikinci sarı – qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb.


Futzal üzrə Birinci Liqada 5 noyabrda keçirilən “Baku Fans” – “Baku Fire-2” oyununda “Baku Fans”ın üzvü Eldost Paşayev rəqibi ayaqla bilərəkdən vurduğuna görə, hakimi təhqir, hakimə fiziki təzyiq göstərdiyinə görə birbaşa qırmızı vərəqə alıb meydançadan kənarlaşdırıldığı üçün 10 oyun cəzalandırılıb.


Futzal üzrə Birinci Liqada 15 noyabrda keçirilməli olan “Veqa” – “Forza Neftçi” oyunu meydan sahibi komanda təyin olunmuş vaxtda meydana çıxmadığı üçün baş tutmayıb. Buna görə “Veqa”ya 0:5 hesablı texniki məğlubiyyət verilib.


Yüksək Liqada 13 noyabrda keçirilən “Premier” (Quba) – “Yasamal” İSK oyununda “Yasamal”ın üzvü Kamran Nəcəfzadə aqressiv davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb.


Yüksək Liqada 13 noyabrda keçirilən “Record club” – “Baku Fire” oyununda “Record club”un oyunçusu Mehran Məsumikian rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb.

CBCsport
08 Dekabr 2019
07 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB