TOP 10

Millimizə qol vuran slovakiyalı hücumçu: "Xoşbəxtlikdən erkən vurulan ilk qolu işimizi bir az asanlaşdırdı"

Futbol
Tarix: 2019-11-20 12:40

“Azərbaycan millisinin səfərdə evdəki kimi oynamadığını bilirdik. Görüş ərzində onların müdafiə xəttini yarmaqda çətinlik çəkdik. Xoşbəxtlikdən erkən vurulan ilk qolu işimizi bir az asanlaşdırdı”. Sport24.az xəbər verir ki, bunu Slovakiya yığmasının futbolçusu Robert Bojenik Azərbaycan millisini 2:0 hesabı ilə məğlub etdikləri AVRO-2020-nin son seçmə oyunundan sonra deyib.

 

Matçın 19-cu dəqiqəsində hesabı açan 20 yaşlı hücumçu Avropa çempionatına birbaşa vəsiqə qazana bilmədikləri üçün təəssüflənir: “Xorvatiya və Uelsi heç bir oyunda məğlub edə bilmədik. Görünür, buna görə də uğur qazanmadıq. Mənim üçün hər bir qarşılaşma önəmlidir. Azərbaycan millisinə qarşı köklənmək çətin deyildi. Hər bir oyun bayramdr”.

 

Qeyd edək ki, Slovakiya Macarıstanla birgə AVRO-2020-yə düşmək üçün pley-off mərhələsinə qatılacaqlar.

CBCsport
16 Dekabr 2019
15 Dekabr 2019
14 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB