TOP 10

Millimizdə daha iki itki

Futbol
Tarix: 2019-11-19 11:04

Azərbaycan milli komandası AVRO-2020-nin seçmə mərhələsinə son qrup matçında ciddi itkilərlə çıxacaq. Sport24.az-ın Bratislavaya ezam olunmuş əməkdaşı xəbər verir ki, baş məşqçi Nikolay Yurçeviç Slovakiya yığmasıyla bu gün Bakı vaxtilə saat 23:45-də başlayacaq matçda daha iki aparıcı futbolçunun - Riçard Almeydayla Dmitri Nazarovun xidmətindən məhrum olacaq. Hər iki yarımmüdafiəçi zədə üzündən meydana çıxa bilməyəcək. Çox güman, onlara müdafiəçi Pavel Paşayev də qoşulacaq. 

 

Xatırladaq ki, Uelslə matç öncəsi hücumçu Rüfət Dadaşov məşqdə zədələnərək heyətdən çıxarılıb. Kapitan Maksim Medvedev də bu səbəbdən Slovakiyaya aparılmayıb. 

 

 

06 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB