TOP 10

“Qarabağ”ın legioneri 26 qat çempiona keçir

Futbol
Tarix: 2019-11-19 10:34

“Qarabağ”ın futbolçusu Simeon Slavçev vətəni Bolqarıstana qayıda bilər. Sport24.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə 26 qat çempion olan “Levski” klubu yaxından maraqlanır. 


Bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb. Xəbərdə, Sofiya təmsilçisinin Slavçevlə artıq danışıqlara başladığı və yarımmüdafiəçi üçün “Qarabağ”a təklif göndərdiyi bildirilir.


2018-ci ilin iyulundan “Qarabağ”da forma geyinən Slavçevin Ağdam təmsilçisi ilə 2021-ci ilin yayına kimi müqaviləsi var.

 

Xatırladaq ki, Simeon Vətənində yetirməsi olduğu "Liteks"də 3 il çıxış etdikdən sonra - 2014-cü ildə legioner həyatı yaşayır. 

06 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB