TOP 10

Millimiz Ukraynayla bərabərliyə qaldı

Futbol
Tarix: 2019-11-19 19:58

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirib. Sport24.az xəbər verir ki, Milan Obradoviçin çalışdırdığı yığmamız doğma meydanda Ukraynanın gənclərdən ibarət komandası ilə üz-üzə gəlib.


“Dalğa Arena”da baş tutacaq oyun qollu bərabərliklə nəticələnib. Millimiz ikinci hissə başlayan kimi hesabı açsa da, hələ fasiləyədək azlıqda qalan rəqib bərabərlik qolunu vura bilib. Yığmamız ikinci hissədə meydana çıxan Toral Bayramovla qol vursa da, azərbaycanlı Orxan Məmmədovun başçılıq etdiyi azərbaycanlı hakimlər briqadası səhvən ofsayd qeydə alaraq qolu saymayıb. 


Yoxlama oyunu
19 noyabr


18:00. Azərbaycan – Ukrayna - 1:1 

Qol: Ozan Can Kökçü, 48 - Nazari Rusin, 65

Qırmızı vərəqə: Andrey Kravçuk, 45+2 (2-ci sarı), N.Şaparenko, 90+5 (2-ci sarı)

Baş hakim: Orxan Məmmədov
Bakı. “Dalğa Arena”.

 

Azərbaycan: 12. Kamran İbrahimov, 2. Amin Seydiyev, 3. Turan Manafov, 9. Rövlan Muradov, 20. Səbuhi Abdullazadə, 13. Murad Qayalı, 11. Şakir Seyidov,14. Özan Can Kökcü, 10. İsmayıl İbrahimli (k), 15. Ömər Buludov, 16. Süleyman Əhmədov

Ehtiyat oyunçular: 22. Nicat Mehbalıyev, 1. Oleq Karnaux, 4. Hüseyn Seyliğli, 5. Nihad Tamazov, 8. Rafael Məhərrəmli, 6. Elçin Mustafayev, 7. Fərid Nəbiyev, 23. Tural Bayramov, 19. Doğukan Oksuz, 17. Elvin Cəfərquliyev, 21. Barış Ekincier, 18. Musa Qurbanlı
 

Baş məşqçi: Milan Obradoviç

 

Ukrayna: 12. Vladislav Kuçeruk, 3. Aleksey Baykov, 4. Denis Popov, 5. Roman Vantux, 6. Nikola Şaparenko (k), 8. Aleksandr Nazarenko, 9. Viktor Korniyenko
11. Nazari Rusin, 16. Maksim Çex, 20. Andrey Kravçuk, 22. Sergey Buletsa

Ehtiyat oyunçular: 1. Ruslan Neşeret, 7. Vladislav Supryaqa, 10. Boqdan Lednev, 14. Vladislav Baboqlo, 15. Axmed Alibekov, 18. Timur Steçkov, 21. Boqdan Milovanov

Baş məşqçi: Ruslan Rotan
 

CBCsport
15 Dekabr 2019
14 Dekabr 2019
13 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB