TOP 10

İspaniya 5, İtaliya 9 qolla qalib gəldi

Dünya Futbolu
Tarix: 2019-11-19 01:51

Futbol üzrə AÇ-2020-nin seçmə mərhələsinin sonuncu – 10-cu turunun oyunları keçirilir. Sport24.az xəbər verir ki, bu gün daha 8 qarşılaşma baş tutub.


F qrupunda İspaniya milli komandası Rumıniyanı, İsveç isə Maltanı qəbul edib. Hər iki oyunda meydan sahibləri darmadağına seviniblər.


J qrupunda Yunanıstan Finlandiya, İtaliya isə Ermənistanla üz-üzə gəlib. Yunanlar çətin qələbə qazandıqları halda, italyanlar erməniləri biabır ediblər.


AÇ-2020-nin seçmə mərhələsi
18 noyabr


D qrupu


Cəbəllütariq – İsveçrə 1:6
Qol: Stixe, 74 – İtten, 10; 84. Varqas, 50. Fassnaxt, 57. Benito, 75. Caka, 86.


İrlandiya – Danimarka 1:1
Qol: Doherti, 85 – Breytveyt, 73.


İsveçrə – 17, Danimarka – 16, İrlandiya – 13, Gürcüstan – 8, Cəbəllütariq – 0.


J qrupu


Yunanıstan – Finlandiya 2:1
Qol: Mantalos, 47. Qalanopulos, 70 – Pukki, 27.


İtaliya – Ermənistan 9:1
Qol: İmmobile, 8; 33. Zaniolo, 9; 64. Barella, 29. Romanyoli, 72. Jorjinyo, 75-pen. Orsolini, 78. Kyeza, 81 – Babayan, 79.


Lixtenşteyn – Bosniya və Herseqovina 0:3
Qol: Çiviç, 57. Hodziç, 64; 72.


İtaliya – 30, Finlandiya – 18, Yunanıstan – 14, Bosniya və Herseqovina – 13, Ermənistan – 10, Lixtenşteyn – 2.


F qrupu


İspaniya – Rumıniya 5:0
Qol: F.Ruis, 8. Moreno, 33; 43. Rus, 45+1-öz qapısına. Oyarzabal, 90+2.


İsveç – Farer adaları 3:0
Qol: Andersson, 29. Svanberq, 72. Qvidetti, 80.


Malta – Norveç 1:2
Qol: Fenex, 40 – Kinq, 7. Sorlot, 62.


İspaniya – 26, İsveç – 21, Norveç – 17, Rumıniya – 14, Farer adaları – 3, Malta – 3.

06 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB