TOP 10

“Qalatasaray”da daha bir ciddi itki

Dünya Futbolu
Tarix: 2019-11-19 10:05

Türkiyənin “Qalatasaray” klubu daha bir ciddi itki ilə üzləşib. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisi konqolu futbolçusu Kristian Luyindamanın xidmətindən məhrum olub.
 

O, ölkəsinin milli komandasının heyətində Qambiyaya qarşı keçirdikləri oyunda zədələnib. 25 yaşlı müdafiəçi zədə səbəbindən bu matçın 65-ci dəqiqəsində əvəzlənmək məcburiyyətində qalıb.


Xatırladaq ki, “Qalatasaray”da Radamel Falkao və Florin Andone xeyli müddətdi zədə səbəbindən komandaya kömək edə bilmir. Bu azmış kimi Rayan Babel və Fernando Muslera da müvafiq olaraq Hollandiya və Uruqvay millilərinin düşərgəsindən zədəli dönüb.

06 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB