TOP 10

Bəhlul Mustafazadə Slovakiyadan uğurlu nəticəylə dönmək istədiklərini açıqladı: "Hamşikdən bu cür kompliment eşitmək xoşdu"

Futbol
Tarix: 2019-11-18 22:27

“Bilirik ki, sabah bizi çətin matç gözləyir. Fikrimcə, rəqib gücünə görə qrupun ikinci komandasıdı. Bilirik ki, çətin olacaq. Ancaq biz burdan uğurlu nəticəylə dönmək istəyirik”. Sport24.az-ın Bratislavaya ezam olunmuş əməkdaşının məlumatına görə, bu sözləri milli komandamızın müdafiəçisi Bəhlul Mustafazadə Slovakiya ilə səfərdə baş tutacaq Avropa çempionatının seçmə qrup mərhələsi öncəsi bildirib.

 

Gənc futbolçu daha sonra Marek Hamşikin millimizin güclü müdafiə xəttinin olmasına dair fikirlərini bildirdi: “Hamşikdən bu cür kompliment eşitmək xoşdu. Ancaq biz komanda şəklində uğurlu olmalıyıq. Eyni zamanda, qol vurmağa çalışacağıq”.

 

 

 

CEYHUN ƏLİYEV, Trnava

06 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB