TOP 10

"İnter"in futbolçusu: "Bakıdakı 5:1 hesablı qələbənin təsadüfi olmadığını göstərməliyik"

Futbol
Tarix: 2019-11-18 22:06

Slovakiya millisinin futbolçusu Milan Şkrinyar AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycan yığmasıyla sabahkı oyunöncəsi iddialı danışıb. Sport24.az xəbər verir ki, Milan "İnter"inin müdafiəçisi görüşə qələbə istəyi ilə çıxacaqlarını söyləyib: "Bu, heç də asan olmayacaq. Asan qələbə qazanacağımızı düşünmək düzgün deyil. Düzdür, Bakıda 5:1 hesablı asan qələbə qazandıq. Ancaq həmin görüşdə istədiyimiz hər şey alınmamışdı. Buna görə də 5:1 hesabının təsadüfi olmadığını göstərməliyik. Azərbaycanla oynamağın çətinliyini dərk edirik. Lakin bu matça köklənəcək və seçmə mərhələnin yekunundakı yaxşı nəticəni düşünəcəyik. Pley-off barədə fikirləşmək hələ tezdi.  Final mərhələsinə yüksələcəyimizə inanıram. Ümid edirəm ki, kimsə bizə kömək edəcək”.

 

Qeyd edək ki, noyabrın 19-da Trnava şəhərində keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

06 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB